13 Fevral – Ümumdünya Radio Günü

Fevral 13, 2024

19 Oktyabr 2011-ci ildə UNESKO baş konfransı və ona üzv olan dövlətlər tərəfindən hər il 13 fevral tarixinin Ümumdünya Radio Günü elan edilməsi haqqında qərar qəbul edilib. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.
Bu tarix “Radio və Sülh” mövzusuna həsr edilib, məqsəd isə insanları sülhə və dostluğa səsləməkdir. Kütləvi informasiya vasitəsi kimi texnoloji və audio elementlərinin proqramlaşdırılması sistemi olaraq radionun tarixi 1800-cü illərə qədər uzanır. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bir çox sosial informasiya platformalarının o cümlədən də, texnoloji innovasiyaların, kommunikasiya sistemlərinin bir-birinin ardınca tədricən sıradan çıxması və sürətlə köhnəlməsinə baxmayaraq müasir dövrümüzdə ən etibarlı və geniş istifadə olunan informasiya, media vasitəsi formalarından biri kimi radio artıq fəaliyyətinin ikinci əsrinə başlayır. Bu media vasitəsi artıq 100 ildən çoxdur ki, dünyanın hər bir yerində sosial həyatda ən mühüm informasiya vasitəsi kimi insanların məişətinə daxil olmuş və həmçinin bizim istənilən məkanlarda rahatlıqla dinləyə biləcəyimiz media vasitəsidir. Əsrlərdən bəri radio vasitəsilə insanlara bütün dünyada baş verən xəbərlər, digər müxtəlif mövzulara xas olan informasiyalar dəqiq, geniş və operativ şəkildə çatdırılmışdır.
Ümumdünya Radio Gününün təsis edilməsinin digər bir məqsədi isə bütün dünyada radio həvəskarlarının – istər böyük şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığını möhkəmlətmək və informasiyalardan hamının istifadə etməsini təmin etməkdən ibarətdir. Eyni zamanda bu informasiya resursu vasitəsilə radio jurnalistləri arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə, habelə radio vasitəsilə insanları sərbəst informasiyaların istifadəsinə təşviq edir.
Gündəlik həyatımızda insanların əksəriyyəti avtomobillər vasitəsilə yol gedərkən mütləq radio dinləyirlər və bütün dünyada baş verən hadisələrdən anında xəbərdar olurlar. Həmçinin radio vasitəsilə maraqlı viktorinalara qatılır, intellektual formatda olan proqramları dinləyir və bu proqramlara qatılaraq özlərini inkişaf etdirirlər. Bir sözlə, radio bizim informasiya cəhətdən hərtərəfli inkişafımız üçün müasir dövrdə istifadə olunan çox mühüm media vasitəsidir.

Hər zaman keyfiyyətli və ekskuliziv informasiyalar çatdıran media vasitəsi – radio cəmiyyətimizin inkişafına təkan yaradan hüdudsuz resurslardan biridir. Daim inkişafımızı təmin etmək məqsədilə radio dinləyicilərimizin sayının gündən-günə artmasını diləyərək, Ümumdünya Radio sahəsində çalışan şəxslərə fəaliyyətlərində uğurlar arzu edirik.

10 FEVRAL – CƏLİL MƏMMƏDQULUZADƏNİN DOĞUM GÜNÜ14 FEVRAL BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜDÜR