Autuizm dünyamızı sarsan ən böyük problemlərdən biridir. Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur.
Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin edilmişdir. Aparılmış tədqiqatlara görə dünya əhalisinin təxminən 1 faizi yəni, 70 milyona yaxın insan autizmdən əziyyət çəkir və bu rəqəmin zamanla artdığı müşayiət edilir.
Autizm bir xəstəlik deyil, bu bir fərqlilikdir. Autizm anadangəlmə və ya həyatın ilk illərində meydana gələn başqaları ilə ünsiyyətə mane olan mürəkkəb bir neyro-ekstremal xəstəlik kimi təsvir olunur. Autizm ən tez 8 aylıq ikən özünü göstərir. Dəqiq klinik diaqnoz üçün 3 yaşını gözləmək lazımdır. Autizimin birdəfəlik aradan qaldırılması mümkünsüzdür. Amma onun simptomlarını minumuma endirmək və bacarıqlarını artırmaq üçün bir çox metodlar var. Autizmlər doğru müalicə və müdaxilələrlə bütün bacarıq və qabiliyyətlərini istifadə etmək şansına sahibdirlər.