2 FEVRAL – GƏNCLƏR GÜNÜ

Fevral 02, 2024

Məntiqi şüur, təfəkkür və iradə gəncliyin əsas predmetlərindəndir.

Gənclik bəşəriyyətin bizlərə bəxş etdiyi zəngin və gözəlliklərlə dolu bir dövrdür. Məhz bu dövrdə insan şüuru təkamül, inkişaf prosesinin ən uğurlu səviyyəsinə çatır. Gənc insan düşüncəsi kreativliklərlə dolu, yüksək potensiallı qüdrətə, təfəkkürə malikdir.
Gənclik dövründə insan daima dayanmadan araşdırır, inkişafa can atır, yaradır, o, həyatda özünü gələcəkdə müəyyən yaş dövründən sonra hansı obrazda görmək istədiyini dəqiqləşdirir. Gənc şəxsiyyət artıq kreativ nöqteyi nəzərindən öz düşüncələrini formalaşdırır. Gələcəyə möhkəm addımlar atmaq üçün həyatında baş verən hadisələri beynində, hafizəsində proqramlaşdıraraq, bu yola çıxmağı özünəməxsus tərzdə müəyyən edərək qərarlarını verir.
Gənclik gedəcəyi bu uğurlu yolda sabaha inamla addımlayaraq parlaq gələcəyin eyni zamanda gəncliklə gələcəyinə inanır. Gələcəyimizin yollarını nurlandıran gənclərimiz sözün əsl mənasında özündə müsbət keyfiyyətləri birləşdirir.
Gənclərimizə göstərilən diqqət və qayğıdan qaynaqlanaraq Azərbaycanda ilk dəfə ümummilli lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli sərəncamı ilə 2 fevral “Gənclər Günü” kimi öz təsdiqini tapmışdır. “Gənclər Günü” “Müstəqil Dövlətlər Birliyi” ölkələri və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Daha sonra MDB ölkələr və Şərqi Avropa dövlətləri bu əlamətdar günü qeyd etməyə başlayıblar. Bu tarixlə əlaqəli olaraq Azərbaycanda hər il müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Daim gənclərimizə dəstək olan, onların inkişafı naminə bir çox uğurlu tədbirlərin keçirilməsi planlarını dəstəkləyən, həmçinin bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev gənc nəslin problemlərinin də həll olunmasına xüsusi diqqət və önəm vermişdir. Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, gənclərin inkişafı və tərəqqisi yolunda atdığı addımların nəticəsində bu uğurlu siyasəti davam etdirən Prezident cənab İlham Əliyev gənclərimizin təhsil, idman, incəsənət və digər sahələr üzrə inkişafına xüsusi diqqət yetirərək onlar üçün geniş imkanlar yaradır. Özünün inkişafı yolunda daima irəli addımlayan hər bir Azərbaycan gənci məntiqi düşüncəyə əsaslanaraq bu fürsətləri dəyərləndirir. Hər yeni sabah inkişafa doğru gedərək uğurlu nailiyyətlər qazanır. Və bu da onun gələcəyə şövqlə addımlaması üçün zəmin yaradır.
Bu gün elm və texnologiyanın geniş inkişaf etdiyi dövrdə gənclərimiz əsasən bu istiqamətdə öz gələcəklərinin parlaq olması üçün aktiv şəkildə texnologiyanın bizə bəxş etdiyi imkanlardan səmərəli yararlansalar, cəmiyyətimizdə bir çox problemlərin qarşısını almış olarıq. Bu işdə gənclər bir-birinə dəstək olmalı, öyrəndiklərini bir-biriləri ilə paylaşmalı, öz gələcək həyatları üçün faydalı addımlar atmalıdırlar ki, onlardan sonra gələcək nəsillərə bir nümunə olsunlar. Həmçinin bütün bu proseslərdə gənclərə ən böyük dəstəkçi onların valideynləri və müəllimləridir. Milli-mənəvi dəyərlərimizin qorunması, etik davranış qaydaları, dinləmə-anlama predmetləri, təlim-tərbiyə mövzuları, psixoloji dəstək, sağlam və düzgün həyat tərzi və bu kimi bir çox mövzular gənclərə geniş surətdə aşılanmalı və onların bu resursları mənimsəməsi üçün səy göstərilməsi zəruridir. Təbii ki, gənclərimizin inkişaf etməsi üçün bu gün bir çox addımlar atılır. Gənclər üçün keçirilən tədbirlər, forumlar, konfranslar, təlim proqramları, layihələr bunun göstəricisidir. Amma tədbirlər, layihələr təşkil edən qurumlar bütün bunlara dəyər qatmalıdırlar ki, hər bir gənc iştirak etdiyi hər hansı bir tədbirdən özü üçün vacib olan nəticəni çıxara bilsin. Müəyyən təşkilatlar onların inkişafına maddi-mənəvi dəstək göstərməlidir ki, hər bir gənc şəxsiyyət bunun müqabilində bir yol fəth edə bilsin. Ali təhsilini bitirmiş hər bir gəncə dəstək olmalı, ona “Təcrübəniz yoxdur”, “Siz bizim müəsisədə çalışa bilməzsiniz” deyib geri çevirməməliyik. O gənci irəli çəkməliyik, ona özünü sübut etməsi üçün imkanlar yaratmalıyıq. Gənclərimiz ümidsizliyə qapılmamalıdır, bu xoşagəlməz şəraiti onlar üçün yaratmağa ixtiyarımız yoxdur. Çünki gənclər bizim gələcəyimizdir. Onlar üçün inkişafetmə imkanları sərhədsiz olmalıdır. Gənclərimiz üçün hər şeyi sevgi ilə etməliyik ki, o sevgi ilə edilən işlər də bizim özümüzə qayıtmış olsun və biz onun bəhrəsini görə bilək.

Sağlam ruhlu gəncləri olan ölkənin gələcəyi də xoşbəxtdir. Bunu unutmayaq!

Azərbaycan gəncləri tarix boyu bütün döyüş meydanlarında yüksək əzmlə şücaət göstərərək necə vətənpərvər olduqlarını sübut etmişlər. Bu danılmaz faktdır ki, 44 günlük Vətən müharibəsində igidlərimiz məğrurcasına silaha sarılaraq mənfur düşmənə qarşı yorulmadan mübarizə apardılar. Onların çevikliyi, qəhrəmanlığı sayəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Rəşadətli, müzəffər ordumuz Ali Baş Komandanın ətrafında birləşərək, “8 noyabr 2021-ci il Şanlı Zəfər Tarixi”ni şeirlərə, dastanlara sığmayacaq şəkildə tarixin kitabına qızıl hərflərlə yazdı. Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağ 27 sentyabrdan 10 noyabradək davam edən “Dəmir Yumruq” əməliyyatı ilə öz gerçək sahiblərinə qayıtdı. Və bu gün xalqımızın başı hər yerdə şəhidlərimizin, qazilərimizin sayəsində ucadır. Azərbaycan gəncləri qürurla, fəxarətlə gələcəyə addımlayırlar. Çünki onlar qalib ölkənin qalib gəncləridirlər.

Tarix yazan igidlərimizə, şəhidlərimizə, qazilərimizə eşq olsun!

31 Yanvar – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜ“HÜQUQLARIMIZLA BÖYÜYƏK!” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 2 FEVRAL – GƏNCLƏR GÜNÜ