Fevral 07, 2020

Əkiz Doğulsaq da Başqa Insanlarıq

Əkizlərin dünyaya gəlişi ailəyə böyük sevinc gətirir. Valideynlər əkiz uşaqlara sahib olduqdan sonra omlarla eyni uşaq kimi davranmağa başlayırlar. Eyni geyim, eyni saş düzümü, ən nəhayət hər birinə eyni münasibət göstərirlər. Əsl problem də bundan sonra başlayır. Bu zaman valideyn unutmamalıdır ki, uşaqlar bir-birinə oxşaya bilər, amma beyin olaraq hər iki uşaq eyni deyil. Ona görə də uşaqları hər biri ilə ayrıca fərd kimi davranmalı, xarakterlərini bilib ona uyğun da tərbiyə metodu seçmək lazımdır.

Valideyn müəyyən bir yaşdan sonra uşaqlara sərbəstlik verməlidir. Əkiz olmalarına baxmayaraq onları daimi geyim və stilə məcbur etmək düzgün deyil. Qeyd etdiyimiz kimi oxşarlığı bir kənara qoyub hər iki uşağa ayrı fərd kimi davranmaq ən düzgün yoldur.