Mütaliə mədəniyyəti
Kitab bilik mənbəyidir. Bunu atalarımız hədər yerə deməyiblər. Elə həyatın əsas mənası da kitaba bağlılıqdan, oxumaqdan və təhsil almaqdan qaynaqlanır.Uşaqların təhsil almasında, kitaba marağın aşılanmasında valideynin rolu əvəzsizdir. Valideyn nə qədər kitaba həvəskar olarsa, uşaq da o qədər həvəs göstərmiş olar.Ailədə ilk dəfə kitabla tanışlıq zamanı kitabı ucadan oxumaq lazımdır. İlk vaxtlar kitabı valideynlər oxuyurdusa, artıq uşaqlar böyüyərkən və savada yiyələnərkən bu iş uşaqlara tapşırılmalıdır. Həm də elə etmək lazımdır ki, qiraət yanlız uşaqlar üçün deyil, bütün ailə üçün aparılsın. İşin çoxluğunu nəzərə alaraq həftənin bir gününü belə qiraət günü elan etmək və 2-3 saat içində ailəliklə həm kitab oxumaq, həm də oxunulan kitabın müzakirəsini etmək kifayət edər. Bununla da həm ailə üzvləri birlikdə səmərəli vaxt keçirəcək, həm də uşaqlarda kitaba həvəs yaratmış olacaqlar.