Fevral 07, 2020

Ən böyük dərs

Bəzən övladınız bir yaramazlıq edə və bunu sizdən gizlətməyə çalışar. Bu zaman məsələni çox ağartmayın. Əgər övladınız bunu sizdəngizlədirsə, deməli, gördüyü işin səhv olduğunu anlayır. Ancaq bu səhvə tamamilə laqeyd qalmaq da düzgün deyil. Ona görə də hadisənin üstündən bir müddət keçdikdən sonra özünüzdən bu cür səhvə yol vermiş bir uşağın hekayəsini uydurun və qəhrəmanın səhvini birlikdə müzakirə edin. Əmin olun ki, uşağınız bundan çox böyük dərs alacaq və səhvini etiraf edəcəkdir.