Bacarıqlı uşaq böyütmək istəyiriksə..
Artıq uşaqlar müəyyən yaşa dolduqdan sonra öz işlərini özləri görmək istəyirlər. Təbi ki, valideynləri buna icazə versələr. Övladlarımızın bacarıqlı böyüməsini istəyirik, amma süfrəmizin kirlənməsinə, evimizin səliqə-səhmanının pozulmasına, qab-qaşığımızın qırılmasına razı olmuruq. Ona görə uşaqlarımızı həmişə ciddi nəzarətdə saxlayır, “balam, sən bunu bacarmazsan, gəl, mən sənə kömək edim” deyərək, ona bir iş görməyə imkan vermirik. Bununla da 10 yaşına belə çatanda ayaqqablarının bağını belə bağlaya bilməyən uşaqla qarşılaşır, özümüzdə səhv axtarmaqdansa, uşağımızı “sən bacarıqsızsan, qabiliyyətsizsən” deyərək onu təhqir edirik. Halbuki biz bunları övladımıza uşaqkən aşılamalı idik.Bəli, hər şeyin yeri və zamanı var. Övladlarımızın bizim sevgimizə ehtiyacı var, ancaq onlar öz güclərinin fərqinə varmalıdırlar. Biz valideynlərin vəzifəsi də bu iki məsələ arasındakı tarazlığı qorumaqdır.