23 İYUN - DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜ

İyun 23, 2025

Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı hər il 23 iyun tarixində qeyd olunur. Bu bayram, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib və BMT-nin 23 iyunu “Dövlət Qulluğu Günü” elan etməsi ilə üst-üstə düşür.

Bu gün, dövlət idarəçiliyində çalışan insanların – yəni dövlət qulluqçularının – cəmiyyətə göstərdiyi xidmətlərin tanınması və qiymətləndirilməsi məqsədi daşıyır. Dövlət qulluğu sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda müasir və şəffaf idarəetmə sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Hörmətli dövlət qulluqçuları!

Sizi 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə göstərdiyiniz sədaqətli xidmətə görə təşəkkür edirik.

Sizin gündəlik zəhmətiniz, vicdanlı fəaliyyətiniz və məsuliyyətli mövqeyiniz sayəsində ölkəmizdə hüquqi, şəffaf və vətəndaş yönümlü idarəetmə sistemi formalaşır. Sizlər dövlətin güzgüsüsünüz – “Dövlət qulluqçusu güzgü kimidir – xalq ona baxaraq dövlətini görür.”

Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, ailə səadəti və peşəkar fəaliyyətinizdə uğurlar arzulayırıq. Unutmayaq ki, “Xalqa xidmət etmək, dövlətin ən ali vəzifəsidir.”

Bayramınız mübarək olsun!

GREEN START ACADEMY-DƏ “ÖZ YOLUNUZU TAPIN” MÖVZUSUNDA TƏLİM TƏŞKİL OLUNDU  Akademik gəzinti layihəsi çərçivəsində Xaçmaz rayonu – Nabrana gəzinti təəssüratlarımız