Bu gün dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olduğu gündür. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin “atası” kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini məhv etmişdi. Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi.
Yalnız davamlı çalışan və müvəffəq olmaq üçün israr edən insanlar uğur qazanırlar…
Fikrimcə, Bakı elmin əsas mərkəzinə çevrilməli və xüsusilə gənclərin elmə marağını gücləndirmək üçün şərait yaradılmalıdır. Nümunə üçün bu gün elm sahəsində dünya üzrə müvəffəqiyyət qazanmış Cənubi Koreyanı götürək
Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq! Ruhu şad olsun!