2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib.
Hər zaman ağsaqqala, ağbirçəyə hörmətlə yanaşan, yaşlıları diqqət mərkəzində saxlamağı bacaran gənc nəslin nümayəndələri az deyildir. Nənə-babaya hörmət etmək və qayğı göstərmək bizlərə hələ kiçik yaşlarımızdan öyrədilib. Ümumiyyətlə mental dəyərlərlərimizin qorunub saxlanılmasında bu gün valideynlərin rolu xüsusi olmalıdır. Çünki tərbiyə, dəyər, əxlaq ailədən başlayır. Artıq insan bir şəxsiyyət kimi formalaşdıqda cəmiyyətdə sosial həyata atıldıqda bunların hər biri təzahür edir.
Ölkəmizdə də bu bayram qeyd edilir.
Green Start Academy olaraq bu gözəl gün münasibətilə bütün nənələri və babaları ürəkdən təbrik edirik. Daima isti nəfəsləri və şirin təbəssümləri ilə həyatımıza rəng qatmalarını diləyirik.