-
Hədəfimiz milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır.
Fəaliyyət istiqamətlərimiz:
- Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
- Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
- Uşaq və valideynlərin birgə və səmərəli istirahətinin təşkili;
- Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlərin aparılması;
- Respublikanın müxtəlif yerlərinə Akademik gəzintilərin təşkili;
- Müəllim və şagirdlərin maddi mədəniyyət abidələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən yerlərə – şəhərdaxili və şəhərdənkənar muzeylərə, eyni zamanda tarixi yerlərə ekskursiyaların təşkil olunması;
- Yaşlıların vaxtının səmərəli təşkili – Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması;
- Kitab evlərində və kitab mərkəzlərində qiraət məşğələlərinin keçirilməsi;
- Uşaqların tətil günləri və həftə sonlarında düşərgə-campların təşkil olunması;
- Uşaqların dünyagörüşünün və peşə vərdişlərinin artırılması ilə bağlı masterclasların keçirilməsi;
- Tarixi və əlamətdar günlərin qeyd olunması;
- Uşaq, valideyn və müəllimlərin mədəni istirahətinin səmərəli keçirilməsi məqsədilə kino və teatr günlərinin təşkil olunması;
- “Savadlı ana sağlam cəmiyyətin göstəricisidir” şüarı altında qadınların sosial həyatda fəallığının artırılması.