Fevral 07, 2020

Uşaqlar ən çox nəyə ehtiyac duyur?

Bu gün bir çox valideynlər təəssüflər olsun ki, düşünürlər ki, övladımızı maliyyə baxımından hər şeylə təmin edə biliriksə, demək ki, hər şeyi etmiş oluruq. Lakin uşaqlarımızın maddi rifahını təmin etməyə çalışdığımız kimi, onları mənəvi cəhətdən də varlı olmasına çalışmalıyıq. Çünki həyatın acı gerçəkləri qarşısında var-dövlət, şan-şöhrət, sağlamlıq və gözəllik heç biri dayana bilməz.

Bir də görürsən ki uşağımıza “Oğlum, qaçma, xəstələnərsən”, “Balam, sakit dur, yoxsa əsəbimdən öləcəyəm” deyir və bunun acı nəticələri

barədə düşünmürük. Elə buna görə də kiməsə nəsə olanda uşağımız “Anam mənə görə xəstələndi”, “Nənəm mənə görə öldü” düşünərək bu xoşagəlməz hadisələr qarşısında şok yaşaya bilər.

Övladımızın bu cür vəziyyətlərlə qarşılaşması üçün ifadələrimizə fikir verməli, onları hər şeydə günahlandırmamalı, ən əsası sonradan yaranacaq pis hadisələrin acı nəticələrini yaşamamaları üçün onlara cənnət haqqında danışmalı, oranın gözəl bir məkan olduğunu və nə olursa olsun valideynlərin hər zaman öz övladlarını izləyəcəyini və onları qoruyacağını söyləmək lazımdır. Bu zaman övladınızda həm “yaxşı insan olmaq” həvəsi oyanacaq, həm ölümün cənnətə keçə bilməsi üçün bir keçid olduğunu anlayacaq, eyni zamanda rəhmətə gedən əzizinin yaxşı bir insan olduğunu düşünərək, onların ölümündən o qədər də sarsıntı keçirməyəcək. Çünki uşaqlarımıza verdiyimiz heç bir hədiyyə, heç bir oyuncaq onların ölüm qarşısında yaşadıqları şokun qarşısını ala bilməz.