Əgər…
Uşağın pis vərdişlərinin qarşısını almaq, düzgün olmayan davranışını düzəltmək üçün ona vəd vermək, qarşısında şərt qoymaq məsləhət
bilinmir. Məsələn, bir də görürsən ki, valideyn nadinclik edən, sözə baxmayan uşağa deyir:
-Əgər məni incitməsən, səni gəzməyə aparacam.
Yaxud:
-Əgər dərslərini yaxşı oxusan, sənə filan oyuncağı alacam və s.
“Əgər” prinsipi bəzən çox tez nəticə verir. Biz valideynləri də aldadan məhz bu nəticədir. Hadisələrə açıq gözlə baxmaq lazımdır. Bizim ifadələrə fikir versək görərik ki, burda hardasa şübhə ifadə olunur.
İkinci tərəfdən də uşaq etdiyi səhv hərəkəti öz beynində, yaxud yoldaşlarının yanında bu cür aydınlaşdırır: anam özümü yaxşı aparmayacağımdan qorxur, ona görə də mən bir şey istəyəndə nadinclik edirəm və nəticədə də anam onu etməyə, yaxud almağa boyun olur.
Ona görə də uşaqlara heç bir şeyi vəd etməyin. Siz vədi yerinə yetirməyə də bilərsiniz. Bu isə uşağınızda sizə qarşı inamsızlıq yarada bilər.