Tərbiyədə daha təsirli cəza üsullar
Hər uşağın qabiliyyətləri və maraqları fərqlidir. Bəzi uşaqlar mexaniki zəkaya malikdirlər, hərəkət edən hər şeyə diqqət edir – oyuncaq maşını sındırıb içinə baxır, radionun içindən gələn insan səsinin mənbəyini araşdırmaq məqsədilə onu sökür və s. Valideyn isə bu uşağın maraqlarını nəzər almadan “bu uşaq yaman dəcəldir” deyir, hələ üstəlik onu cəzalandırır da. Əlbəttə, arada bu cür xoşagəlməz hadisələr yaşanacaq. Amma elə etməliyik ki, verəcəyimiz cəza qazanacağımız günahdan böyük olmasın. Məsələn, evdə dağıtdığı bir şeyə görə ona cəza verilməsi düzgün deyil. Yaxud da “səni öldürərəm, eyvandan ataram” deyib hədə-qorxularla ona yol göstərməyin. Bununla siz etdiyiniz hərəkətlərin onun qardaş, yaxud bacısının üzərində sınaqdan çıxarmasına səbəb ola bilərsiniz. Verin özü dağıtdığı şeyi düzətsin, yaxud ziyan verdiyi bir işi öz kiçik xərcliyi ilə ödəsin. Yaxud da heç cəzalandırmayıb, onu vicdanı ilə baş-başa buraxın. İnanın, bunlar sizin düşündüklərinizdən daha təsirli olacaqdır.