XALÇA MUZEYİNDƏ TARİXİMİZƏ EKSKURSİYA ETDİK

Aprel 10, 2022

Həftəsonu gələcəyimiz olan uşaqlarla birlikdə Xalça Muzeyini ziyarət etdik və tariximizlə fərəhlənəcəyimiz anlar yaşadıq.
Muzey nəfis tərtibatda dizayn olunmuş və Azərbaycan mədəniyyəti gözəl şəkildə burada nümayiş olunmuşdur. Bir-birindən rəngarəng xalçalar, kilimlər, naxışlar, milli geyimlərimiz, bəzək əşyaları, həsirlər, baramalar, qədimdə istifadə olunan qablar, boyaq maddələri, toxuma vasitələri və tariximizi yaşadan bir çox maraqlı əşyalar Xalça Muzeyində qorunub saxlanmaqdadır.
Müxtəlif regionlarda toxunan xalçalar, tarixi şəxsiyyətlərimizin və nağıl qəhrəmanlarının əks olunduğu bənzərsiz xalılar gözümüzü, könlümüzü oxşadı. Müəllifi Fərid Rəsulov olan Bərdə xalçalarından hazırlanmış otaq hər birimizi riqqətə gətirdi. Hansı ki bu otaq vaxtilə Venesiyada nümayiş olunmuş və hər kəsi heyran buraxmışdı.
Bir sözlə, mədəniyyətimizin göz bəbəyi kimi qorunub saxlanıldığı Xalça Muzeyi bizlərə Vətən tariximizin hər səhifəsi ilə qürurlanacağımızı dönə-dönə xatırlatdı.

TÜRKİYƏLİ PSİXOLOQ-YAZAR VALİDEYNLƏR ÜÇÜN SEMİNAR VERDİAYSEL RƏSULZADƏ: VALİDEYN MƏKTƏBİNİ YARATMAQDA MƏQSƏDİMİZ ÖVLADLARI İLƏ DÜZGÜN MÜNASİBƏT QURA BİLƏN VALİDEYN MODELİ YETİŞDİRMƏKDİR