24 noyabr tarixində “Mərkəzin əməkdaşlarının psixoloji sağlamlığı hansı səviyyədə olmalıdır ki, insanlara daha yaxşı xidmət göstərsinlər?” mövzusunda keçirilən təlim Mərkəzin əməkdaşlarına xoş təsir bağışlayıb. Təlim psixoloq Xırdaxanım Həsənovanın rəhbərliyi ilə baş tutub. Təlimdə bir neçə maraqlı çalışmalar keçirilib, o cümlədən əməkdaşlarla müəyyən psixoloji mövzularda söhbətlər aparılıb.
Təlimin sonunda həzin musiqi sədaları altında “Meditasiya dəqiqələri” keçirilib.