Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı, meşələri də yandırmışdır.
Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Ali baş komandan cənab İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun sayəsində 30 illik həsrət artıq bitdi. Gözün aydın, Azərbaycan xalqı! Biz artıq doğma torpaqlarımıza qovuşduq. Əziz kəlbəcərlilər, sizləri də bu şanlı və gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirik.
Kəlbəcər, sən artıq azadsan, zəfərin mübarəkdir! Sənin meşələrin, sənin hər qarışın bizim üçün əziz və doğmadır.
Biz də Green Start Academy ailəsi olaraq, bu gözəl günlə bağlı bütün xalqımızı təbrik edirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların müqəddəs ruhları qarşısında baş əyirik. Nə qədər ki bu xalq var şəhidlərimiz daim yaşayacaqdır.
Şəhidlər ölməz, Vətən bölünməz!
Qazilərimizə isə Allahdan şəfa diləyirik. Bu günü onlara borcluyuq. Azərbaycanımızın igid, qeyrətli oğulları sizin şücaətiniz və əzminiz sonsuz və misilsizdir.
Yaşasın doğma vətənimizin tarix yazan igid, qeyrətli oğulları!