30 YANVAR – GÖMRÜK İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ

Yanvar 30, 2024

İlk dəfə olaraq elmi-hüquqi əsaslarla Azərbaycan Xalq Cümhuriyyəti dövründə bünövrəsi qoyulmuş gömrük sisteminin fəaliyyətə başlamasını təsdiqləyən sənəd 1918-ci il avqustun 10-da qəbul edilmişdir.
Gömrük orqanları ölkədə əsasən qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədi ilə yaradılmışdır.
SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmayıb. Bu vəzifəni yalnız ittifaq orqanları icra etmişlər.
Hələ qədim dövrlərdən Azərbaycanda ticarət əlaqələri geniş surətdə inkişaf etmişdir. Ölkəmizdə xarici ticarət əlaqələrinin inkişaf prosesi çox qədim dövrləri əhatə edir. Qədim dövrdə Assur, Fələstin, Misir, Hindistan, Çin və bir çox başqa ölkələr ilə sıx ticarət əlaqələri yaranmışdır. Bu ticarət əlaqələri məhşur “Böyük İpək Yolu” vasitəsilə aparılırdı. Bununla yanaşı, ölkədə hazırlanmış xalçalar, bəzək əşyaları, yun məmulatları və s. kimi məhsullar ixrac olunaraq dünyanın bir çox ölkələrinin bazarlarını bəzəyirdi.
Zaman keçdikcə xarici ölkələrdən ətriyyatlar, ədviyyatlar, xəzlər, xalçalar, pambıq, ipək parçalar, boyalar, qızıl əşyaları və s. qiymətli mallar ölkəmizə ixrac edilirdi. Ticarətə qoyulan gömrük vergi və rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi. Bu onun göstəricisidir ki, hələ o dövrlərdən Azərbaycanda gömrük sisteminin əsasları tədricən qoyulmağa başlanmış, bu sahə üzrə məşğul olan bir çox xüsusi təsisatlar yaradılmışdır. O dövrdə Azərbaycanda gömrük sahəsi üzrə məşğul olan təsisatların yaradılması, bugünkü müasir gömrük orqanlarının inkişafının sürətlənməsini sübut edir.
Azərbaycanda gömrük sisteminin inkişafında ümumilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti, ümumilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 30 yanvar gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Təhlükəsizliyimizi təmin edən və qoruyan gömrük işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq

Bu gün Azərbaycanın ən böyük maarif fədaisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin (26 yanvar 1863, Şuşa – 1920, Gəncə) doğum günüdür31 Yanvar – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜ