14 FEVRAL BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜDÜR

Fevral 14, 2024

Əbədiyyətə qədər yüz əsrlər keçsə belə mənəvi zənginlik, saflıq və eləcə də bütün pak duyğuları bizə aşılayan kitablar ruhumuzun qidasıdır.

Həyatda ən gözəl hədiyyə kitabdır. Bir kəsə kitab bağışladıqda ona təsəvvür edilməyəcək dərəcədə xoşbəxtlik, mənəvi saflıq, daxili zənginlik bəxş etmiş oluruq. Bunu ancaq kitaba dəyər verən, onu sözün əsl mənasında sevən və qoruyan bir insan bilər. Kitab bizləri müdrikliyə doğru ucaladan nurdur. Biz kitablar sayəsində kamilləşir, mənəvi zənginlik aləmində nicat tapmış oluruq. Kitab hər bir insanın özünü dərk etdiyi gündən bəri onun sirdaşıdır. Oxuduğumuz fərqli mövzuda olan kitablar bizə fərqli dünyaların qapısını açmaqda yardımçı olur. Kitablar konkret olaraq insanın şəxsiyyət kimi formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində böyük rol aynayır. Mütailə ilə mütəmadi olaraq məşğul olan insanların düşüncə və müxtəlif mövzulara yanaşma tərzi özündə xüsusi optimist keyfiyyətləri cəmləşdirir. Bu müsbət keyfiyyətlər ətrafdakı digər insanlara da yaxşı təsir bağışlayır. Özündə daxili zənginliklə dolu bir dünya daşıyan kitablar haqqında təbii ki, bir tarixin olması çox mühüm bir şərtdir. Elə bu səbəbdən də, 14 fevral tarixi beynəlxalq statusa malik olmaq məqsədi ilə nəzərdə tutularaq, “Beynəlxalq Kitab Bağışlama Günü” kimi təsis edilmişdir. 14 Fevral – “Beynəlxalq Kitab Bağışlama Günü” kifayət qədər gənc və müasir bir bayramdır. Bu tarixin ideyası ingilis yazıçısı, iki uşaq anası Emma Perri tərəfindən irəli sürülüb. Bununla əlaqədar olaraq, ABŞ-da məhşur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı olan Emmi Brodmoorun oğlunun anasından “Niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir gün yoxdur?” sualı Emmini “Beynəlxalq Kitab Bağışlama Günü”nün təşkilatçısı və koordinatoru olmağa sövq edir. Bu gün ilk növbədə uşaqlara həmçinin bu və ya digər səbəbdən kitab oxumaq imkanı məhdud olanlara kitabların verilməsi adətdir. Lakin kitab oxumağı təkcə uşaqlar sevmirlər. Xoşbəxtlikdən hələ də kitab oxumağı sevən, onu hələ də, maddi deyil, ilk növbədə mənəvi dəyər obyekti kimi qəbul edən və dəyərləndirən, müəllifin oxucuya verdiyi hissləri, duyğuları yüksək qiymətləndirən böyüklər də az deyil. Bu günə qədər kitab oxumağın təbliği və bu bayramın populyarlaşması istiqamətində onun ideoloji ruhlandırıcılar sayılan kitabsevərlər öz məqsədlərinə nail olublar. Kitablar hələ də sevilir, bayram isə beynəlxalq xarakter daşıyır. Bu bayramın əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütailəsini düzgün istiqamətə yönəltmək, məktəbli oxucuların mütailə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Müasir dövrümüzdə nə qədər müxtəlif informasiya vasitələri çox olsa da kitabı heç nə əvəz edə bilməz. Kitab bir nəslin digər nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Mütailə etmək bir cəmiyyətin gündəlik məşğuliyyətinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır. Kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Kitablar haqqında məşhur filosoflar səbəbsiz yerə bildirməyiblər ki, “İdmanın bədənə göstərdiyi təsiri, kitablar beyinə göstərir”, “Yaxşı kitab çox qiymətli xəzinədir”, “Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdir”.
Green Start Academy olaraq hər il olduğu kimi, bu il də Kitab Bağışlama gününü qeyd etdik. Belə ki, bu dəfə Mərkəzimizdə hər kəs bir-birinə kitab hədiyyə etdi, həm də arzusunda olduğumuz kitabları…


Sinəsində sirlərlə dolu min zənginlik və gözəllik daşıyan ən sadiq dostumuz olan kitabları daim sevək və göz bəbəyimiz kimi qoruyaraq, gələcək nəsillərə ötürməyi bacaraq.

13 Fevral – Ümumdünya Radio GünüABDULLA ŞAİQ-DOĞUM GÜNÜ