FEVRAL - EMPATİYA AYI

Mart 15, 2024

Mərkəzimizdə fevral ayı “Empatiya” mövzusuna həsr edildi. Öncə rəhbərlik tərəfindən bu ayla bağlı ümumi təlimatlandırma olundu. Ayın tövsiyə olunan kitabı Linda Mulleli Hantın müəllifi olduğu “Ağacdakı balıq” kitabı idi. Bu kitabı bütün əməkdaşlar bacardıqları qədərilə oxuyub bitirməyə çalışdılar. Bu kitab uşaqları anlamaq qabiliyyətini və onlara qarşı empatiya qurmağı bizlərə öyrədə biləcək mükəmməl vasitədir. Bu kitabda qeyd edilən Einşteynin məşhur sözü: “Sən balığı ağaca dırmaşa bilməmə bacarığına görə mühakimə etsən, o həyatı boyu özünün axmaq olduğuna inanaraq yaşayacaq”.
Ümumiyyətlə, hər bir insanı öz qabiliyyətinə, bacarığına görə qiymətləndirmək və ona uyğun davranmaq lazımdır. Kitabda məktəblərdə şagirdlərə qarşı eyni standartların tətbiq edilməsi, individual yanaşmanın olmaması xüsusilə vurğulanmışdır.

Tövsiyə olunan bu kitabı oxumaqla, əməkdaşlar arasında və eləcə də Mərkəzimizə təşrif buyuran böyükdən kiçiyə hər kəsə qarşı xüsusi yanaşmaq lazım olduğunu qarşımıza məqsəd qoyub, insanlara diqqət və empatiya hissini özümüzdə bir daha genişləndirmək istədik. Həmçinin “Ağacdakı balıq” kitabı ilə yanaşı, bu ayın tövsiyə olunan filmini – “Hər uşaq özəldir”i birlikdə izləyərək, gözəl və ibrətamiz nəticələr çıxardıq. Film maraqlı və çox təsiredici idi. Bu maraqlı hind filmi İşhan adlı disleksiya xəstəsi olan kiçik yaşlı bir uşağın həyatından bəhs edir. Evdə atasının və məktəbdə müəllimlərinin mühakiməsinə məruz qalan İşhan əslində yaşıdlarından heç də geri qalmayan, olduqca istedadlı bir uşaq idi. Sonda onun atası öz övladına etdiyi haqsızlığı uşaq evindəki müəllimin səyi nəticəsində anlayaraq, çox peşiman olur və İşhana dəyər verməyə başlayır.


Fevral ayı çərçivəsində “Empatiya” mövzusu üzərindən əməkdaşlar olaraq, çox gözəl insani keyfiyyətləri cəmləşdirərək, hər birimiz bu mövzuyla bağlı dəyərli nəticələr əldə etdik. Bundan əlavə mövzuyla bağlı atalar sözləri, aforizmlərlə də tanış olduq. Ayın sonunda təşkil edilən mövzuyla bağlı təqdimatlar hazırlayıb, öz fikirlərimizi bir-birimizlə bölüşdük.
Empatiya hər kəsə xas olmayan və eyni zamanda tükənən bir resursdur. Çalışaq ki, bu hissi zamanında və qədərində xərcləyək. Ətrafımızda olan insanlara qarşı anlayışlı və mərhəmətli olaq. Çünki edəcəyimiz bütün yaxşı və ya pis əməllər sonda bizim özümüzə qayıdacaq. Uşaqlarımıza göstərəcəyimiz yaxşı və yaxud pis davranışlar mütləq bizi izləyəcək sonda, nəhayət həyat onları bizim qarşımıza çıxaracaq. Necə deyərlər: “Nə əkərsən, onu da biçərsən”, “Nə tökərsən aşına, o da çıxar qaşığına.”
Cəmiyyətə fayda verən empatlar olaraq müsbət davranışlarımızla digərlərini də müsbət keyfiyyətlərə nail olmağa dəvət edək.

“ƏZMİN MÖCÜZƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “STRESSİN İDARƏ OLUNMASI” MÖVZUSUNDA TƏLİM TƏŞKİL OLUNDU15 MART – NİGAR MAHMUDOVANIN DOĞUM GÜNÜDÜR.