Mərkəzimizin gülərüzlü siması, “Akademik gəzinti” layihəsinin rəhbəri Nigar xanımın doğum günüdür. Nigar xanım işinə məsuliyyəti, rəhbərliyə və iş yoldaşlarına xüsusi diqqəti və hörməti, ümumilikdə isə yüksək mədəniyyəti və zəhmətkeşliyi ilə GSA ailəsinin nümunəvi üzvlərindəndir. Onun rəhbərlik etdiyi “Akademik gəzinti” layihəsi çərçivəsində biz və bizə qoşulan hər kəs Vətənimizi gəzir, tariximizi yaxından öyrənirik.
Hörmətli Nigar xanımı doğum günü münasibətilə bütün qəlbimizlə təbrik edir, şəxsi və iş fəaliyyətində daim uğur qazanmasını diləyirik.