Böyük pedaqoq Firudin bəy Köçərlinin müəllimlik haqqında fikirlərindən:
● “Əgər müəllim istəsə, hər qisim şiruş və mühit içrə olmuş olsa da, öz şagirdlərinə çox şey öyrədə bilər. Qabil və insaflı müəllimin əlində naqabil və korafəhm şagird də az çox elm və bilik ala bilər”
● “Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə, nə də cəza və mükafat sistemi ilə əvəz etmək olar”.
● “Şagirdləri döymək, yaxud onların birini digərinə döydürmək nəticəsində uşaqlar kobudlaşır, bir-birinə nifrət bəsləyir, axır nəticədə dəhşətli işlər görən canilər olurlar”
● “Müəllimlər şagirdlərin məktəbə həvəslə gəlməsinə nail olmalıdırlar. Əgər belə olarsa, şagirdlər məktəbi özləri üçün gözəl bağça, könülaçan, qəlb saflandıran bir beytüssəfa bilərlər.”
● ”Müəllimlə müəllimlər arasında gərəkdir həmişə sülh, mehribanlıq, ülfət və sədaqət olsun. Şagirdlər hər fikir və işlərini müəllimlərinə açıq və qorxusuz söyləsinlər…Uşaq nə qədər bədxasiyyət olmuş olsa belə, onu məhəbbət və mehribanlıqla düzəltmək mümkündür. Əxlaq tərbiyəsi çubuq, zor və qorxu ilə ola bilməz”.
● “Müəllimin mühüm keyfiyyətlərindən biri öz səhvini və nöqsanlarını görə bilməsi, bu nöqsanı kənardan göstərdikdə mərdliklə etiraf edib, var qüvvəsilə onu aradan qaldırmağa çalışmasıdır”.