XUDAYAR…..??Sən o müdhiş gecədə doğuldun.Və…VƏTƏN üçün oxuduğun o nəğmə ilə səsin bütün Azərbaycana yayıldı.Sanki ana laylası tək hər kəsin qəlbində oxunur bu nəğmə….Sən əvvəl səsinlə vətənini vəsf edən və bütün qəlbinlə varlığınla oxuduğun o gözəl nəğmənlə fəth etdin xalqının qəlbini ,sonra isə Qəhrəmanlığınla Şəhadətə ucalıb al qana boyadın xalqının ürəyini. Səni həm kəşf etdik …….həm də itirdik??????Ömür təqviminin vərəqləri daha artmır, amma biz səni təbrik etmək üçün axtarıb arayırıq. Adının mənasında deyildiyi kimi Xuda sənə yar oldu. Nə qədər çətin olsada bunu demək səni Fatehlərin Fatehi etdi. Şəhadət ən uca zirvədir. Bu zirvədən boylananlar, bizi əhv edin bu… Ruhunuzla bu xalq üçün hər zaman dua edin, dua edin ki, bir daha Xudayarlar, Əlillər, Vüsallar, Elşadlar dastana çevrilib bu xalqın ürəyini param parça etməsinlər. İgidlərimiz ata olsunlar, baba olsunlar, bu torpaqda kök tutub yüz yaşayıb, arzu kamlarına çatsınlar. Dua edin ki, bir daha doğum günlərində analar məzarlıqlara yol almasınlar, dua edin ki, bağlı xonçalar məzarlıqlara daşınmasın, dua edin ki, əzizləriniz sakitlik tapsınlar, aram olsunlar, dua edin ki………..Xuda xalqımıza yar olsun. Həm də haqqınızı halal edin.