Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzinin və Gənclərin Səsi Könüllü platformasının birlikdə əməkdaşlığı ilə keçirilən təlim nəinki gənclərin, həmçinin digər yaş kateqoriyasına mənsub olan insanların diqqətini cəlb etdi.
26 illik peşəkar təcrübəyə malik və dövlət maliyyəsi, təchizat zənciri, satınalma əməliyyatları, aviasiya və logistika sahələrində geniş biliklərə sahib, iqtisadiyyat sahəsində tanınmış mütəxəssis, Baker Tilly Azerbaijan şirkətində Maliyyə və Biznes Məsləhət Xidmətləri üzrə direktor vəzifəsində çalışan iqdisadçı-ekspert Fərhad Pərvizi bu təlimdə təlimçi qismində iştirak etdi.
Təlimin mövzusu “Öz yolunuzu tapın!” auditoriyanı bu platforma üzərindən xeyli sayda suallarla düşündürdü və müxtəlif müzakirələrin aparılmasına yönəltdi.
Fərhad bəy öz yolumuzu tapmağın tərəflərini göstərərək bu işdə ilkin məqam olaraq məsuliyyətli, cəsarətli, etibarlı olmağı vurğuladı. Eyni zamanda bildirdi ki, həmişə pozitiv enerjili olmaq və kainata müsbət enerji bəxş etməyimiz çox vacib faktorlardan biridir. Daima dürüstlük prinsipini əsas tutaraq dürüst insan olmadıqca qarşı tərəfdən dürüst olmağı gözləyə bilməyəcəyimizi bildirdi; pis insanların belə mütləq ki, yaxşı tərəfləri vardır. Əsas odur ki, baxış bucağımızı düzgün istiqamətə yönəltməyi bacaraq. Hər birimizin uşaqlıq tramvaları mövcuddur.
Fərhad bəy çıxış etdiyi mövzu üzərindən bu məsələlərə aydınlıq gətirdi; cəmiyyətdə öz yolumuzu tapmağın digər tərəflərindən fərqindəliyimizi kəşf etmək, qarşılıq gözləmədən bəxşiş vermək, təməl olaraq milli-mənəvi dəyərlərimiz kimi amillər bir mayak rolunu oynayır. Keçmiş tariximizdən bu günümüzə qədər gəlib çatan milli-mənəvi dəyərlərin keçdiyi mərhələ mərhələ prosesi, keçmişdən müsair dövrümüzə qədər gələn tendensiyalar, Avropa və Şərq ölkələrinin dəyərlərinin fərqliliyi müzakirə edildi.
Cəsarətli olmaq qorxmamaq deyil, qorxaraq onların üzrərinə getməkdir. Əsl cəsarət budur. İnsan beyninin təkamül prosesləri və mərhələləri haqqında söhbət açan Fərhad Pərvizi “Ağıllı insanlar mehriban insanlardır” fikrini söyləyərək, həyata fəlsəfi baxış bucağından bəhs etdi.
“Elmi əsaslara, qazandığım təcrübələrə əsaslanaraq daınışıram. Öyrənməyi sevməyən və inkişaf etməyi sevən beyin vardır”. Bu fikirləri söyləyən Fərhad bəy indekatorlar sisteminin şərhinin izahını, şərqdə insanların güc sahiblərini dəyərləndirməsi barədə söhbət açdı. Fərhad bəy öz təcrübəsinə əsaslanaraq çətin konsepsiyaları beynində parçalayıb sadə yolla insanlara ötürməyi seçdiyini də bildirdi. O, ölkəmizin fundamental idarəetmə sisteminin çox hissəsinin qərb ölkələrindən götürüldüyünü də bəyan etdi. Onun fikrincə davranış indekatoru, kənardan müşahidə, insanların nə söylədiklərinə deyil, əməllərinə fikir verməliyik; öz yolumuzu tapmaq üçün həyatı öz axışına buraxmaq əks təqdirdə qətiyyətlə buna fokuslanmağa gərək yoxdur.
Təlimin sonuna doğru təlimçi iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırdı. Sonda hər zaman olduğu kimi fotosesiya məqamı da yetişdi.
Bu təlimdən hər kəs öz payına düşəni apara bildisə, demək ki, həyatda öz yolumuzu tapmaqdan ötrü yolun başlanğıcına addım ata bilmişdir.