Kiber Bazar Ertəsi – ABŞ-da keçirilən “Şükran günü” (Thanksgiving Day) və “Qara Cümə Günü”-dən (Black Friday) sonra online bazar seqmentində ən böyük endirimlər olan, online satış platformasına aid olan bir gündür. Belə ki, bu gün “Şükran günü” (Thanksgiving Day) və “Qara Cümə Günü”-dən (Black Friday) sonrakı ilk bazar ertəsi günü Kiber Bazar Ertəsi (Cyber Monday) keçirilir. 2015-ci ildən başlayaraq bütün dünyada keçirilən Cyber Monday günü Black Friday-dən fərqli olaraq sadəcə onlayn satışlara tətbiq edilir. Limitli sayda olan məhsullara (əsasən elektronika) yüksək endirimlər tətbiq edilir. Cyber Monday endirim günü 2005-ci ildən etibarən Amerikada Thanksgiving (Minnətdarlıq günü-Şükran günü) bayramından sonra keçirilir və məqsədi alıcıları onlayn satışlara yönləndirməkdir. Hətta Cyber Monday endirim günündə onlayn satışlar o qədər yüksəlir ki, Black Friday günü edilən satışları qabaqlayır.
“Kiber Bazar Ertəsi” termini Ellen Davis tərəfindən icad edilmişdir və ilk dəfə 2005-ci ilin tətil mövsümündə ticarət cəmiyyətində istifadə edilmişdir.
Dünyada olduğu kimi, Azərbaycanda da Black Friday və Cyber Monday kimi endirim günləri keçirilir. Müxtəlif mağazalar məhsullara yüksək endirimlər tətbiq edərək alıcıların rəğbətini qazanmağı hədəfləyirlər.