NEW MIND LAYİHƏSİ UĞURLA BAŞA ÇATDI

May 03, 2025

Gənclərin Səsi Könüllü platformasının və Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzinin birgə əməkdaşlıq üzərindən başlatdığı NEW MIND layihəsinin 4 təlimi uğurla başa çatdı. Təlimin məqsədi psixoloji istiqamətdə gənclərə dəstək olmaqdan ibarət idi. Mart ayından başlayaraq, sonuncu təlimi aprel ayının 26-da keçirilən layihədə başlanğıcdan sona qədər biri-birindən maraqlı mövzularla gənclərin görüşünə gələn spikerlər auditoriyanın diqqətini cəlb etməyi bacardılar. Belə ki, bu təlimdə “Şüuraltının gücü”, “Stressin idarə olunması və özünə sevgi”, “Sosial şəbəkələr və gənclər”, “Sağlam qidalanmanın gənclərin psixologiyasına təsiri” kimi psixoloji mövzularına yer verildi. Hər təlimin əvvəlində gənclər daha fəal, aktiv və həvəslə işirak edərək, digər təlimin baş tutacağı tarixi səbirsizliklə gözləyirdilər. Təlimlər zamanı mövzular əsasında maraqlı fikir mübadilələri aparılır, müzakirələr edilir, spikerlərə suallar ünvanlanır, gənclərin orijinal çıxışları izlənilirdi.
Hər zaman gənclərin yanında olan, onlardan dəstəyini əsirgəməyən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu təlimlər zamanı da gənclərlə bərabər oldu. Millət vəkili öz çıxışlarında gənclərə tövsiyələr verərək, eyni zamanda onların fikirlərini də dinlədi.

Həmin mövzularla həftənin şənbə günlərində gənclərin görüşünə gələn təlimçilər pedaqoq Aysel Rəsulzadə, psixoloq və NLP master Rübabə Mərdanova, klinik psixoloq Mirşahin Əlizadə, kouç-psixoloq Zeynəb Təqəvi, psixoloq, Azərbaycan Universitetinin müəllimi Mariya Davidova, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə keçirilən təlimlər çox effektiv təsirə malik idi.


Bu təlimlərdə gənclər nəzəri və praktiki biliklərə yiyələnərək, özlərinə lazımi, faydalı məlumatları qazanmış oldular. İştirak edən gənclərə sonda təlim materialları, video-foto görüntülər və sertifikatlar təqdim edildi.
Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzinin və Gənclərin Səsi Könüllü platformasının birgə təşkilatçılığı ilə baş tutan NEW MIND layihəsinin 4 təliminin keçirilməsi üçün ev sahibliyini öz üzərinə götürən Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzi bu işin də öhdəsindən məsuliyyətli şəkildə gəldi.

Valideyn Məktəbinin təsisçisi Aysel Rəsulzadənin IV Uşaq Kitab Festivalı haqqında təəssüratları337926671746627852