QARABAĞ AZƏRBAYCANDIR” QƏLƏBƏ GÖRÜŞÜ: BÖYÜK QƏLƏBƏ TƏHSİL İCTİMAİYYƏTİ ARASINDA QEYD OLUNDU

Noyabr 23, 2020

 

Green Start Academy-nin təşkilatçılığı ilə22 noyabr tarixində onlayn olaraq “Qarabağ Azərbaycandır” adlı Qələbə görüşükeçirildi.Saat 15:00-da başlayan tədbir Green Start Academy-nin youtube kanalından, eyni zamanda tədbirə təşkilatı dəstək göstərən Təhsil Forumu-2020 facebook səhifəsindəncanlı yayımlandı.

Azərbaycan Respubikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla anılmasından sonra tədbiriGreen Start Academy-nin rəhbəri Aysel Rəsulzadə açıq elan etdi. Aysel Rəsulzadə Green Start Academy-nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinəxidmət etdiklərini dilə gətirdi. Bugünkü tədbirin Böyük Qələbəyə həsr olunduğunu bildirən təşkilat rəhbəri, cəmiyyətin vətənpərvəlik ruhunda olması, gəncliyimizə Vətən sevgisini aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyətindən danışdı.

Açılış nitqindən sonra Azərbaycan Respublikasının Təhsil NazirliyininVətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsi,İctimaiyyətlə Əlaqə sektorunun məsləhətçisi Ceyran Eyvazzadə iştirakçıları və digər təhsil ictimaiyyətini Böyük Qələbə münasibəti ilə təbrik edərək, cənab nazir Emin Əmrullayevin təbrikini də bütün təhsil ictimaiyyətinin nəzərinə çatdırdı. Nazirliyin rəsmisi vətənpərvərliyin aşılanması ilə bağlı fikir və tövsiyələrini söyləyərək, bu işdə təhsil müəssisələrinin xüsusi rolundan danışdı.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, yazıçı-psixoloq Rövşən Abdullaoğlu“Cəmiyyətimizdə vətənpərvərlik ruhunu necə inkişaf etdirək?!, “Gələcəyin əsgərini necə böyütməli?”,“Müharibənin psixoloji yükü” və bu kimi mövzularda məruzə etdilər.Green Start Academy-nin əməkdaşları:həkim-pediatr Aygün Cəfərli “Arxa və ön cəbhədə həkimlərin və tibb bacılarınn rolu”, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “Arxa cəbhədə vəzifəmizi necə yerinə yeirməliyik” mövzularında tədbir iştirakçılarını məlumatlandırdılar.

Bundan başqa torpağı işğaldan azad olunmuş təhsil işçiləri xatirə və təəssüratlarını bölüşərək, millətimizin qələbə ruhunun daimi olması üçün fikir və təkliflərini bildirdilər.

Green Start Academy-nin bölgələrdə fəaliyyət göstərən müəllim nümayəndələrininazad olunmuş torpaqlarla bağlı hazırladıqları videoroliklər tədbirə ayrı bir rəng qatdı. Həmçinin müəllimlərin Vətən  haqqında səsləndirdikləri şeir və mahnılar hər kəsin marağına səbəb oldu.

Tədbirin sonunda Green Start Academy tərəfindən şagirdlər arasında elan olunmuş “Qarabağ Azərbaycandır” inşa müsabiqəsinin qaliblərinin adları açıqlandı. Qaliblərə Diplom, həmçinin Hədəf Nəşriyyatı tərəfindən çap olunmuş general Polad Həşimovun kitabı hədiyyə olundu. İnşa müsabiqəsində fərqlənən digər şagirdlərə motivasiya olsun deyə onlayn “Təşəkkürnamə”lər göndərildi.

Qələbə ruhlu müzakirələrlə əhatə olunan tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı.

 

Qarabağ Azərbaycandır!Tarix həmin tarix, gün o gün deyil