ÜMUMDÜNYA KİTAB GÜNÜ

Aprel 23, 2024

1995-ci ildə YUNESKO tərəfindən təsdiq edilmiş Ümumdünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel – Vilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. Bu qərar1995-ci ildə Parisdə YUNESKO-nun baş konfransında qəbul edilərək, 1996-cı ildən etibarən əlamətdar gün kimi bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.
Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Ölkəmizdə kitablara xüsusi diqqət və qayğının göstərilməsi istiqamətində bir çox işlər aparılır. Mütəmadi olaraq əlaqədar təşkilatların keçirdiyi konfranslar, forumlar və sərgilər bunun əsas göstəriciləridir. Nümunəvi, zəngin bilik mənbəyi olan kitablar bizlərin ən dəyərli xəzinəsidir. Kitabları qorumaq və onları gələcək nəsillərə ötürmək bizim xüsusi borcumuzdur.

18 APREL – TARİXİ ABİDƏLƏRİN MÜHAFİZƏSİ GÜNÜGREEN START ACADEMY 5 YAŞINDA