Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu:
İlahi eşqdən, Mənəviyyatdan, Halal və Düz yolda olmaqdadır!
İnsanın ən ali keyfiyyəti, onun dözümlüyü və sərt əngəllərə qarşı qalib gəlməsidir!
Allahın məhəbbətlə sevə-sevə yaratdığı ali varlıqdır İnsan! Onu Dünyanın Mələyi və Əşrəfi elan edən Allah ona şüur bəxş etdi! Onu Sağlam, Varlı, Dövlətli etdi! Yeri, Göyü, Asimanı ona hədiyyə etdi! Qorumağı və Qorunmanı ona tövsiyə etdi!
Kişi, Qadın Qorunmalı Əmanət, Təbiət və Cəmiyyətdə Əmənətdi! Dünyanın və Bəşərin Qorunması İnsana həvalə olundu!
Təəssüf ki, İnsan zaman-zaman veriləni lazımınca dəyərləndirə bilmədir! İddialı və təmənnalı, nəfsinə müxalif ola bilməyən, məsuliyyət hissininin itirilməsinin nəticəsində: Təmiz hava, Saf su, Sağlam can, Sağlam ruhun zədələnməsinin bəşəri fəlakətə səbəb olduğunu Unutdu.
UNUTMAYAQ! İlahinin İnsana olan lütfi onun qədər qismət yazısıdır. Xoşbəxt kəslər üçün qeyri-adi olur bu yazı. Enişli, yoxuşlu. sınaqlarla dolu bir yol gedir İnsan! Səbirli, dözümlü, təmkinli, zəhmətsevər, düzgün peşə seçən, peşəkar olanlar üçün həyatda özünü təsdiq etmək imkanı verilir.
İlk öncə insanlığa xas olan ən vacib xüsusiyyətləri sadalamaqla başlamaq istəyirəm: mübariz, əməksevər, vicdanlı, xeyirxah,fədakar, bu günü ilə şükür edib, sabahını dualar içində açan insan yalnız insan ola bilər. Əgər bu keyfiyyətlər hamısı bir arada toplanıbsa, demək o, Allah tərəfindən yer üzünə göndərilən bir mələkdir. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, uca yaradan tanrı və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə, bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır.
Həyat mübarizədir! Mübarizə deyən kimi insanın yadına əzablar, dərdlər düşür. İnsan bu iztirablardan, əziyyətlərdən keçə-keçə möhkəmlənir, kamilləşir və kamillik zirvəsində qalırlar. Allah bu cür insanların dostudur, belə ömür yaşayan insanlar əsrlər boyu özlərini təsdiqləyiblər! İnsan keçmişsiz və gələcəksiz yaşaya bilməz. Əsl insan təmənnasızdır, qarşısındakı adamın kim olduğundan asılı olmayaraq ona kömək etmək, onu anlamaq, mərhəmət etmək… bu keyfiyyətlər insanı insan kimi düşünməyə vadar edir.
Dünyada ən böyük nemət insanlıqdır. Rəhimli, ədalətli, etibarlı – insan olan kəslər heç vaxt unudulmur.
Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə
etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.
Həyat gözəldir, yaşamaq gözəldir, ümumiyyətlə, dünyamız gözəldir. Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət isə bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.
Yaz fəslinin gəlişi ilə bütün təbiət, canlı aləm sanki yenidən doğulur. Zaman yeniləşir. Hər kəs bu oyanışı ruhən, qəlbən hiss edir və yeni uğurlara köklənir. Təbiət və canlı varlıqlar arasında hormoniya yaranır.
Unutmayaq! Yaradanın yaradıqlarını sevməklə qorumağın yolu İlahi eşqdən, Mənəviyyatdan, Halal və Düz yolda olmaqdadır! Xalqımıza, soydaşlarımıza, Türk dünyasına Vətən sevgisi, İnsan sevgisi, İlahi eşq arzulayıram. Bir məqsəd üçün, bir məram üçün əməkdaşlığa mənəvi birliyə səsləyirəm. Uğurlar arzulayıram!
Sağlam Olur, Qəlbi Eşqlə Dolu Kəslər!
Xislətinlə xeyirhxahlıq, Əqidəli olan Kəslər!
Layiqdirlər Sevgiyə, Qəlbən Aşiq olan kəslər!
Allaha Sığınanlar, Eşq ilə Qorunanlar!
Uca Haqla QORUNANLAR!!!
Əllərinizi, Gözünüzü qoruyun deyibdir NİYƏ:
Bütün bədən üzvləri Əllərinin, Bax İçində!
Ruhunun əksi Qəlbinin aynasında, Bax Gözündə!!!
Canınızı, Ruhunuzu QOruyun!
Ruhun Sağlam olsa, Sağlam olarsan!
Verilən hər şeyin qədrin bilərsən!
Sağlamlıq Xoşbəxtlikdir!
Sevği Uğurların Təminatı!
Sevgi ilə Qoruyaq bir-birimizi!
Verilənin Qədrini bilək!
Can Əmanət! İnsan bilsin
Xeyir Əməl olan Xislət Xilasına Zəmanət!!!
Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşmasıdır. Bütövlükdə, XXI əsr – ağlın, intellektin təntənəsi əsridir. Yeni Era Türk Erasıdır.
Hər bir Vətəndaşın milli və bəşəri dəyərlərə sahib olması, İnsanlığın qorunmasına verdiyi töhfələr Dədə Qorqud istəyinin reallaşmasına töhfə vermiş olar. Dədəm Qorqud istəyi nə:
Birləşəyin Nar kimi!!!
Nar içində olan dənələr kimi!!!
Nar içində dənələr bir-birini qoruyurlar!!!
Arakəsmə pərdələr dənələri qoruyurlar!!!
Bir can olan İnsanlar birləşsinlər Nar kimi!!
Qorusunlar bir-birini Nar içində olan dənələr kimi!!!
Sağlamlıq, xöşbəxtlik nəsibimiz olsun!!!
Səmərəli fəaliyyətimizdə uğurlarımız davamlı olsun!!!
Allah yar və yardımçımız olsun!!!
Zülfiyyə Vəliyeva,
ADPU-nun ETM-Tətbiqi
Tədqiqatlar Bölməsinin
elmi işçisi,
Respublikanın Əməkdar Müəllimi,
Akademik M.Mehdizadə mükafatı laureatı