VALİDEYN MƏKTƏBİ – SEVGİ PEDAQOGİKASI LAYİHƏSİNİN RƏHBƏRİ, PEDAQOQ AYSEL RƏSULZADƏ: “UŞAQLARLA “SEVGİ DİLİ”NDƏ DANIŞAQ”

İyun 01, 2024

Uşaqlar bizim canlı ümidlərimizdir. Bir çox ümidlərimiz kimi bəzən onlar da özünü doğruldur, bəzən isə əksinə.
Ümidlərimizi doğrultmaları üçün isə onlarla ünsiyyətdə olacağım yeganə vasitə dildir – o da Sevgi dili…
Sevgi dilinə başqa cür “Mən dili” də deyə bilərik. Digəri isə – uşaqlarımızın xoşlamadığı dil “Sən dili”dir. Bəs bunların fərqi nədir?
“Sən dili” ilə danışarkən uşaqları təqsirləndirmiş, aramızda olan problemi yenidən odlandırmış oluruq. Burada tənqid hədəfi olaraq həmişə qarşı tərəf olur. Nümunə olaraq:
1. Sən heç yaxşı iş görmədin…
2. Çox diqqətsizsən…
3. Mən sənin kimi məsuliyyətsiz birini tanımıram.
Bəli, bu ifadələri işlədərkən övladımızı tənqid, bəzən də təhqir etmiş oluruq. Bununla da uşaqlar daha aqresiyalı olur, özünügüvəni sarsılır, özünəqapanma halları çox olur. Bir sözlə, “Sən dili” ilə uşaqlarımıza müraciət edərkən problemi həll etmir, əksinə daha da dərinləşdiririk.
Amma “Mən dili”ndə bu problemlər yaşanmır. Çünki bu dil Sevgi dilidir. Burada övladımızı günahlandırmırıq. Problemə deyil, onun həllinə hədəflənirik. Bu dildə danışan valideyn, müəllim və digər insanın məqsədi qarşısında olan uşağı tanımaq, onun duyğu və düşüncələrini öyrənmək olur. “Mən dili”ni asanlıqla “Sən dili”nə – Sevgi dilinə çevirmək mümkündür. Gəlin, müqayisə edək:

“Mən dili” “Sən dili” – Sevgi dili
Sən heç yaxşı iş görmədin. Bu hərəkətinə görə çox narahat oluram.
Çox diqqətsizsən. Bu hərəkəti sənə yaraşdırmadım.
Mən sənin kimi məsuliyyətsiz birini tanımıram. Bu qədər səhvi etdiyinə görə düşünürəm ki, sənə heç nə öyrədə bilməmişəm.

Beləliklə, bir daha şahidi oluruq ki, sözü deyərkən nə deyəcəyimizlə yanaşı, necə deyəcəyimizin də çox önəmi vardır. Ona görə Sevgi dilində danışmaqla övladımızla, yaxud qarşımızdakı hər hansı bir uşaqla olan problemimizi asanlıqla həll etmiş olarıq. Burada biz böyüklərin səs tonu, jest, mimikaları son dərəcə önəmlidir.
Bəzən valideyn olaraq düşünürük ki, övladlarımızın istədiyi yeməklərlə mədələrini doyuzdururuqsa, ona istədiyi geyimləri, yaxud oyuncaqları alırıqsa, yaxşı məktəbdə oxuda biliriksə, gündəlik yaxşı xərclik verə biliriksə, bir sözlə, bir dediyini iki etmiriksə, demək ki, valideyn olaraq bütün öhdəliyimizi yerinə yetirmiş oluruq. Ancaq çox önəmli məqamları unuduruq: onlara ayıracağımız zamanı.. etməli olduğumuz doyumlu söhbəti…birlikdə yeməli olduğumuz yeməyi… yəni maddi deyil də, mənəvi cəhətdən qidalandırmağı…
Bəs bunları biz onlara öyrətməsək, necə öyrənəcəklər maddi baxımdan deyil, mənəvi olaraq da zəngin olmağı… Elə ən önəmlisi mənəvi zənginlik deyilmi?!
Biz onlara nə öyrətsək, elə də olacaqlar..
• Ədəbi öyrətsək, ədəbsizlik etməzlər..
• Öz işini özünün etməsini öyrətsək, kimsəyə möhtac olmazlar..
• Qənaətcil olmağı öyrətsək, israf etməzlər..
• Dürüst olmağı öyrtəsək, yalançı olmazlar..
• Utanmaq duyğusunu öyrətsək, əxlaqdan kənar hərəkətlər etməzlər.
• Nikbinliyi öyrətsək, bədbin olmazlar.
• Sadiqliyi öyrətsək, xəyanət etməzlər.
• Zərifliyi öyrətsək, kobud olmazlar.
• Zəhməti öyrətsək, başqasının haqqını yeməzlər.
• Bağışlamağı öyrətsək, kin bəsləməzlər kimsəyə.
• Dostluğu öyrətsək, düşmənçilik etməzlər..
• Təvazökarlığı öyrətsək, təkəbbürlü olmazlar.
• Səbirli olmağı öyrətsək, hər məqamda səbirsizlik etməzlər.
• Nəhayət, sevgini öyrətsək, nifrət etməzlər kimsəyə.
Bütün bunları öyrətmək üçün isə onları öyüd-nəsihətlərlə yormaq deyil, sadəcə düzgün nümunə olmaq lazımdır. Çünki uşaqlar verilən öyüd-nəsihətlərdən daha çox gördüyü nümunələrdən və yaşadıqlarından təsirlənir və bəhrələnirlər.
Daha çox kimlər və nələr nümunə olur uşaqlara:
• Ana və ata
• Bacı və qardaş
• Baba, nənə, xala, bibi və digər qohumlar
• Qonşu və tez-tez gördüyü ailə dostları
• Bağça, məktəb mühiti: dostları və müəllimləri
• Daimi izlədiyi məşhurlar: müğənni, idmançı, sənətçi, siyasətçi və d.
• Oxuduğu kitablar, baxdıqları filmlər
• Dinlədiyi musiqilər
• Gördüyü hadisələr
• Və digər yaşadıqları…

Hər bir adamın iki tərbiyəsi olur: bir tərbiyəni ona başqaları verir, digərini, yəni ən vacibini o özündən alır.

Bəzən övladlarımızın, şagidlərimizin bizə deyə bilmədikləri olur. Biz onları hiss edə bilərik; baxışlarından, mimikalarından..davranışlarından:
-Müəllim, xahiş edirəm mənə təbəssüm edin!
-Xahiş edirəm məni adımla çağırın!
-Xahiş edirəm mən dərsdə olmayanda nələri itirdiyimi mənə deyin!
-Qiymətlərimdə üzə çıxıb görünməsə də, bəzi qabiliyyətlərimin fərqinə varın!
-Xahiş edirəm məni tərifləyəcək anlar tapın!
-Elədiyim bir şeydən xoşunuz gəlməsə də məni hələ də bir insan olaraq təqdir etdiyinizi anlamağıma kömək edin!
-Gələcəyim üçün qabağımda bir çox variantların olduğunu və öz məqsədlərimi müəyyən edə biləcəyimi mənə göstərin!
-Yüksək hədəflərə sahib olmağım üçün məni cəsarətləndirin!

Bir uşaq tikan olma qabiliyyətindədirsə, gül olma istedadına da malikdirsə, bu biz böyüklərdən asılıdır. Onlara necə münasibət bəsləməyimizdən, hansı dil ilə onları danışdırmağımızdan asılıdır hər şey.

Buludlar bütün dünyaya bərəkət yağışı, uşaqlar isə sevgi toxumu daşıyırlar. Bu toxumun cücərməsi, çiçəklənməsi, tumurcuqlaması və meyvə gətirməsi bizim onlara necə qulluq etməyimizdən asılıdır.

Uşaq tərbiyəsində vacib bilinən 4 element:

Sevgi Mütaliə
Söhbət Oyun

Uşaqlara SEVGİ GÖSTƏRMƏYİN bir çox yolu var və bu yollar uşağın yaşına görə dəyişir:
• Birlikdə gülmək və gülümsəmək
• Uşaqla qucaqlaşmaq, qucağına almaq, qıdıqlamaq, masaj etmək və ya digər formalarda müsbət fiziki təmasda olmaq
• Zarafatlar etmək və gülməli oyunlar oynamaq
• İsti və sevgi dolu bir səslə danışmaq
• Adi vaxtda da uşağa “Səni sevirəm”, “Sən möhtəşəmsən”, “Afərin sənə” demək…
• Uşağa pozitiv duyğu və sevginin göstərmək
• 2. Uşaqla qarışılıqlı əlaqədə olmaq
• 3. Uşağın etdiklərini izləmək
• 4. Uşağa diqqətini yönəltməyə və təcrübələrini bölüşməyə kömək etmək
• 5. Uşağa öz dünyasını anlamağa kömək etmək
• 6. Uşağın bacarıqlarını tərifləyib, qiymətləndirmək
• 7. Uşaqlara təcrübələrini genişləndirməyə kömək etmək
• 8. Uşağa qaydalar, məhdudiyyətlər və dəyərləri öyrənməyə kömək etmək.

SÖHBƏT ETMƏK
• Uşağa gündəlik fəaliyyəti zamanı danışmaq üçün çoxlu imkanlar yaratmaq mümkündür. Sual verərkən, 10 saniyə fasilə verin ki, cavab verməyə zamanı olsun.
• Uşağın diqqətini onunla danışmamışdan və göz təması etməmişdən öncə onun adını deyərək cəlb etmək. Bu ona siz onunla danışarkən başa düşməyə kömək edəcəkdir.
• Uşağın deməyə cəhd etdiyi sözü, hətta düzgün tələfüz etməsə belə yenidən təkrarlatmaq. Onun ifadə etdiyini genişləndirmək.
• Qısa cümlələrdən və vurğulu açar sözlərdən istifadə etməklə nitqi sadələşdirilmək. Bu ona diqqətini vacib məlumata cəmləməyə kömək edəcək.
• Televizor və radiodan gələn kimi lazımsız arxa küyəri söndürmək. Bu uşağa diqqətini nə deyildiyinə cəmləməyə kömək edəcəkdir. Uşaqlar üçün bu arxa küyləri ayırd etmək böyüklərə nisbətən çətin gələ bilər.

OYUN OYNAMAQ:
• Oyun vasitələri uşaqlara özləri edə bilmədikləri bir fəaliyyətdə uğurlu olmağa kömək edir. Ən yaxşısı valdieynlərin öz strategiyalarını uşağın bacarıq səviyyəsinə uyğunlaşdırması və bu bacarığı növbəti səviyyəyə qaldırmaq üçün imkanlar təqdim etməsidir.
• Mariya Montessori “Oyun uşağın işidir”… Montessoriyə görə, oyun könüllü, zövqlü, məqsədyönlü və kortəbiidir. Dünyaya gəldiyi andan etibarən, uşaqlar valdieynləri, baxıcılari, ailə üzvləri və həmyaşıdları ilə ən yaxşı qarşılıqlı münasibəti oynayaraq öyrənirlər.
• Dünyaya gəldiyi andan etibarən, uşaqlar valdieynləri, baxıcıları, ailə üzvləri və həmyaşıdları ilə ən yaxşı qarşılıqlı münasibəti oynayaraq öyrənirlər. Oyun oynamaq uşaqların inkişafında bütün beyin mərkəzlərində (fiziki, koqnitiv, sosial-emosional və dil) ən yaxşı icra funksiyası bacarıqlarında, yaradıcılıqda və problem həllində kömək edir. Bu uşaqlara sərbəst təcrübələrə və bacarıqlarını ortaya çıxarmağa, yeni fikirləri sınaqdan keçirməyə, problemlər və çətin təcrübələr üzərində işləməyə və yeni öyrənmələrlə məşğul olmağa imkan verir.
• Uşaqlarla oynamaq onları güclü edir və məktəbdə daha yaxşı olmağa kömək edir.
• Oyun formal olaraq, körpə ilk oyuncağını tutmağı öyrənərkən başlayır.
• Uşaqların oynamağı öyrənməsi üçün daha çox oyuncağa ehtiyacı var.

MÜTALİƏ ETMƏK:

• Bu dil və söz ehtiyatının inkişafına kömək edir.
• Bu sosial-emosional inkişafı dəstəkləyir.
• Bu fonemik şüuru təşviq edir. (hərf və səslərin əlaqəsi)
• Bu yaddaş və dinləmə bacarıqlarını inkişaf etdirir.
• Mütaliə etmək beyinin arxitekturasını qurmağa, beləliklə, dil öyrənmək və insanlar və əlaqələr haqqında öyrənmək üçün güclü bir zəmin yaratmağa kömək edir.
• Körpə uşaqlar kitabdakı şəkillərin nə məna verdiyini bilməyə bilərlər, lakin onlara, xüsusilə üzlərə, parlaq rənglərə və təzadlı nümunələrə diqqətini yönəltməyi bacarırlar. Çünki körpələrin görüşü hələ inkişaf edir, az yazılı və ya yazısız kitablar yaxud hətta jurnallarda olan parlaq şəkillər onlar üçün əla vəsaitdir. Sözləri anlamaq belə kiçik körpələrə əsla uyğun gəlmir.

Uşaqlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin. Onları xoşbəxt olsunlar deyə tərbiyə edin. Buna görə də onlar böyüyəndə sahib olduqlarının qiymətini, dəyərini daha yaxşı biləcəklər.

1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR1 İYUN – UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ GREEN START ACADEMY-DƏ