Övladlarımıza, şagirdlərimizə ana dilimizin incəliklərini öyrədək, onlarla öz dilimizdə danışaq ki, tariximizə, soy-kökümüzə daha dərindən yiyələnib, bu torpağa – Vətənimiz Azərbaycana sahib çıxa bilsinlər.
Unutmayaq ki, işlətdiyimiz hər yad söz bizi yadların tapdağına daha çox sürükləyir.