11 oktyabr - Dünya Qız Uşaqları Günü

Oktyabr 11, 2022

Dünya Qız Uşaqları Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş və hər il oktyabr ayının 11-dən qeyd olunmağa başlanmışdır. Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.
Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi “uşaq nikahları” olmuşdur. 2013-cü ilin əsas mövzusu isə BMT tərəfindən “təhsil” kimi müəyyənləşdirilmişdir. BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət və s. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir.
Qız uşaqlarının həyatı üçün ən böyük ağırlaşdırıcı hallardan biri də erkən evliliklərdir. Qlobal miqyasda 20-24 yaş qrupunda qadınların təxminən üçdə biri, yəni təxminən 70 milyon qadın 18 yaşa qədər ailə qurur. Bu problem, təəssüf ki, bu gün də belədir. 15-19 yaş arası hər 4 qızdan biri şiddət görür.
Qız uşaqlarını qorumağın ən yaxşı yolu isə təhsildən keçir. Qız uşaqları təhsil almadıqda cəmiyyətlər çox istiqamətli erroziyaya məruz qalır. Bu vəziyyət ictimai ədalət və bərabərliyin pozulması, cəmiyyətlərin sağlam bir şəkildə gələcəyə köçməməsi, iqtisadiyyatın pozulması, sülh və rifah şəraitinin azalmasına səbəb olur. Bu səbəblərlə qız uşaqlarımızın təhsil almalarının önündəki bütün maneələr aradan qaldırmalıdır. Çox böyük təəssüf hissi ilə bildirməliyik ki, dünyada üç qız uşağından birinin təhsil haqqı zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur. Qız uşaqlarının daha yaxşı təhsil almaları və həyat şəraitlərinin yaxşılaşdırılması isə hər ölkənin prioriteti olmalıdır.
Dünyada və ölkəmizdə sülhü, firavanlığı, tərəqqini və rifahı ədalətli və bərabər olaraq böyütmək istəyiriksə, əvvəla qız uşaqlarımızın daha çox təhsil almalarına imkan verməli, onları gələcəyin innovativ qız uşaqları olmaları üçün elm və texnologiyalarla daha çox təmin etməliyik. Çünki həyatımızın sağlam və dayanıqlı olması bugünkü qızlarımızın sağlamlıq və təhsil səviyyələri ilə sıx şəkildə bağlıdır.

5 oktyabr – Beynəlxalq Müəllimlər günüİşlərinizin asan olmasını istəyirsiniz? O ZAMAN ELEKTRON VƏTƏNDAŞ OLUN!