14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü
Təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmura borcludur. Bu ideyanı ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. Öncə Emmi Brodmur internet şəbəkəsində müxtəlif insanlara bu təşəbbüsə qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.