Hər il martın 27-si Azərbaycanda elm günü kimi qeyd olunur. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
Elm günü münasibətilə bütün elm ictimaiyyətini təbrik edir, əvəzolunmaz fəaliyyətlərində uğurlar diləyirik.