29 DEKABR – ASAN XİDMƏT İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ

Dekabr 29, 2023

“ASAN XİDMƏT” ( Azerbaijan Service and Assessment Network – Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) yaradılmasının 10-cu ilini qeyd edir…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “ASAN xidmət” işçilərinin peşə bayramı hər il dekabrın 29-u ölkəmizdə qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd:
• Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
• Vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
• Peşəkarlıq səviyyəsinin artırılması;
• Dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
• Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
• Elektron xidmətlərdən daha geniş istifadə olunması;
• Bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

“ASAN xidmət” orqanlarının əsas missiyası:
Dövlət Agentliyinin missiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.

29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk “ASAN xidmət” mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə 15 yanvar tarixində fəaliyyətə başladı.
2023-cü ildə Salyan regional “ASAN xidmət” mərkəzi və Naxçıvan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. 7-si Bakıda, 19-u isə regionlarda olmaqla ümumilikdə ölkəmizdə 26 “ASAN xidmət”mərkəzi və 3 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.
“ASAN xidmət” dünyada bir Azərbaycan brendidir. Dünyanın bir çox ölkələri öz ərazilərində dövlət xidmətlərinə Azərbaycan təcrübəsinə əsaslanaraq “ASAN xidmət” modelini tətbiq edir. Bu ölkələrə Uqanda, Efiopiya, Tanzaniyanı misal göstərmək olar.
“ASAN xidmət” təssis olunduğu ilk günlərdən bu günə qədər insanların xidmətində duran, öz səmərəli fəaliyyətində mütəşşəkkil şəkildə daim irəli gedərək geniş auditoriya sahəsi qazanmışdır. “ASAN ximət” mərkəzləri respublikamızın bir çox şəhərlərində, bölgələrində və qəsəbələrində vətəndaşlara göstərdikləri dəqiq, professional və operativ xidmətlərinə görə hər zaman uğurlu iş prinsipinə əsaslanırlar. Bir mərkəz üçün ən böyük uğur ora müraciət edən şəxslərin məmnunluğunu sözün əsl mənasında qazanmasıdır ki, “ASAN xidmət” mərkəzləri də bu məmnunluğu özünəməxsus korporativiliyi ilə hər zaman qazanır.
“ASAN xidmət” mərkəzlərinin bütün işçi heyətini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzu edirik.

GREEN START ACADEMY-NİN DİREKTORU AYSEL RƏSULZADƏNİN ŞAXTA BABAYA MƏKTUBU31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ