“Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal”.
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Olduqca məsuliyyətli və çətin yolda yürüyən, yoluna tikanlar düzənlərə baxmayaraq, onlara qarşı məğrurcasına dayanan, istiqlal uğrunda əzmlə, şücaətlə mübarizə aparan, müstəqil Azərbaycanın qurucusu Məhəmməd Əmin Rəsulzadə hər zaman xalqına dəstək olan liderlərdən biri kimi xüsusi rəğbətlə qarşılanmışdır. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda demokratik bir dövlətin qurulmasına bütün həyatını sərf edən şəxsiyyətlərdən biri olub.
Azərbaycanda istiqlal hərəkatının rəhbəri və təkcə türk xalqlarında deyil, eləcə də bütün islam aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının banisi, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadənin xatirəsi hər zaman dərin hörmətlə anılır.