6 DEKABR - DÜNYADA İLK DƏFƏ DİABET XƏSTƏLƏRİNİN MÜALİCƏSİNDƏ İNSULİNDƏN İSTİFADƏ

Dekabr 06, 2023

Hər bir dövlətin əhalisinin sağlamlığı, cəmiyyətin ictimai, iqtisadi, mənəvi problemlərinin aynasıdır. Xəstəliklərlə mübarizə aparmaq bəzən çox çətinləşir. Şəkərli diabet xəstəliyi də çətin mübarizə aparılan xəstəliklərdəndir. Bir çox inkişaf etmiş Avropa dövlətlərində hələ də bu xəstəliyin qarşısının alınması, ümumiyyətlə bu istiqamətdə xəstəlikdən tamamilə azad olmaq üçün bir sıra mühüm tədbirlər görülməkdədir.
Uzun illərdir ki, ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən xəstələrə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilməkdədir. Səhiyyə sahəsində həyata keçirilən, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibbi infrastuktur bu gün Azərbaycanda sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadəsi təsdiqlənmiş və ən geniş yayılmış preapartlardan biri İnsulindir.
1921-ci ildə Toronto şəhərində Batinq adlı gənc həkim tələbəsi ilə birlikdə itin mədəaltı vəzindən qanda şəkərin miqdarını azaldan maddəni aşkarlamış və bunu insulin adlandırmışdı.
1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. Bundan sonra o, icad etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.
Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.
Hazırda müasir dövrümüzdə aparılan bir çox araşdırmalara əsasən şəkərli diabet xəstəliyinin sağaldılması istiqamətində bir sıra mühüm layihələr, daha keyfiyyətli dərman preparatları ixtira olunmaqda davam etdirilir. Bu yolda Avropanın bir çox məşhur universitetlərində alimlər, tibb sahəsi üzrə professorlar və mütəxəssislər xəstəliyin sağaldılması uğrunda çalışırlar.
Ümid edirik ki, bu xəstəlikdən əziyyət çəkən insanlar yaxın gələcəkdə demək olar ki sağalacaq və bir daha şəkərli diabet xəstəliyinə yoluxan kimsə olmayacaqdır.

Hər zaman sağlam yaşamaq diləyi ilə sizə sağlam və xoş gələcək arzu edirik!

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI7 DEKABR – AZƏRBAYCAN GÜNÜ