II Dünya Müharibəsində azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, xüsusi fəallıq göstərmişdir. 1941-1945-ci illərdə qazanılmış qələbədə əsas amil Bakı neftinin cəbhəyə köməyidir. Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
II Dünya Müharibəsində həlak olmuş 300 mindən çox həmvətənlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.