Soyqırım qurbanlarını rəhmət və ehtiramla anırıq

Mart 31, 2022

104 il keçir mənfur düşmənin törətdiyi analoqu olmayan  mart qırğınından!
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı terrorçuları azərbaycanlılara qarşı tarixdə milsi görünməmiş qırğınlar törətmişdir. Əzizlərimizə, doğmalarımıza, körpələrimizə  verilən işgəncələri, haqsızlıqları, əzab və əziyyətləri unutmaycaq, övladlarımızın, gələcək nəsillərimizin müqəddaratı naminə  qatillərimizin kimlər olduğunu  öyrətməkdə davam edəcəyik. Dünya üçün hər zaman haqq və ədalət simgəsi olan qəhrəman və uca xalqımızın haqq səsi heç zaman batmayacaqdır. Allah bu qanlı faciədə həyatını itirmiş həmvətənlərimizə rəhmət etsin.

TƏBRİK EDİRİK!Valideyin Məktəbi: Vətənpərvərlik tərbiyəsi. Canlı yayım 1 aprel saat 21:00