Əlindəki nədir?
-Xoşbəxtlik.
-Niyə belə balacadır?
-Çünki yalnız mənimdir.Balacalığına baxma.Amma gör necə parlaq və safdır.
-Doğrudan da heyrətamizdir.
-1 parçasını istəyirsən?
-Bəli,yəqin ki…
-Ovcunu aç,mən kiçik bir parçasından sənə də verim.
-Necə də istidir.
-Bəyəndin?
-Əlbəttə,təşəkkür edirəm.
-Yaxın insanlara təşəkkür etməzlər.
-Niyə?
-Çünki yaxınların sənin təşəkkürünü dilindən yox,gözlərindən oxuyur.
-Bəs yaxın olmayan insanlar necə???
-Özgələr isə yalnız dildə təşəkkür edirlər.Vaxt gələcək anlayacaqsan.
-Bilirsən,mən özümü yaxşı hiss edirəm.Çünki xoşbəxtlik əlimdədir.
-Həmişə belə olur.
-Bəs mən kiminləsə öz xoşbəxtliyimi bölüşmək istəsəm necə?
-Onda sənin öz xoşbəxtliyin çoxalacaq.
-Niyə?
-Heç özüm də bilmirəm.Amma bilirəm ki, əlindəki xoşbəxtlik artdıqca daha da isti olacaq.
-Bəs əlimi onun istisindən yandıra bilərəm?
-Yox.Xoşbəxtlikdən əl yanmır.Əlini yalnız paxıllıqla yandıra bilərsən.
-Mən bilirəm xoşbəxtliyimi kimlə bölüşəcəm
-Məni sevindirdin.Onda sən bölüş.Axı dünyada xoşbəxtliyi olmayan o qədər insan var.Mən isə getməliyəm…
Green Start Academy