Müəllimlərimizə dərin hörmətlə

Sentyabr 08, 2022

Əziz müəllimlər, cənab nazirin bir sıra müəllimlərimizin sözlərin yazılışını səhv yazması ilə bağlı dilə gətirdiyi iradları tamamilə haqlı hesab etməliyik. Hər kəs öz ixtisasını yanlız mükəmməl formada bilərsə, şagirdinə, tələbəsinə də mükəmməl bilik ötürə bilər. Bu mənada bir müəllim sözlərin düzgün yazılışını (orfoqrafiya) və düzgün tələffüz qaydasını (orfoepiya) mütləq ki, əzbər bilməlidir. İbtidai siniflərdə Orfoqrafiya və Orfoepiya lüğətlərinin daim şagirdlərin stolüstü kitabı olmasını nəzərə alsaq, demək ki, nəinki müəllimlər, balalarımız da bu sözlərin həm yazılışını, həm də tələffüzünü bilməlidir. Qaldı ki, bir çox müəllimlərimizin sinifdə ədəbi dildə deyil, dialekt və şivələrlə danışmağı, bu isə məsələnin ən ciddi və düzəlməsi olan tərəflərindəndir ki, bu da bugünkü problemi yaradan əsas səbəblərdən biridir.
Xülasə, həm xarakterimiz, həm də peşəmizlə bağlı bir nöqsanımız varsa və bu bizə deyilirsə, düşürəm səssizcə bu nöqsanı tez bir zamanda düzəltməliyik, nəinki qarşı tərəfin nöqsanını qabardıb, öz eybimizi gizlətməyə çalışmaq.

Yerli və beynəlxalq konfransların təşkil edilməsiTələbələrə deyəcəklərimiz