İnsan ruhuna hüzur bəxş etmək, çətin anlarda istənilən mövzuda dəstəkçi olmaq hər insana xas olan bir xüsusiyyət deyil. Bu mənada psixologiya sadəcə bu sahədə çalışmaqla mütəxəssis olmaq deyil. Bu hiss insanın öz daxilindən gələn ilahi bir vergidir. Düzdür, psixologiya üzrə mütəxəssislər, psixoloqlar çoxdur. Amma Rübabə Mərdanova həqiqətən də, öz peşəsinin haqqını layiqincə verməyi bacaran psixoloqlarımızdan, Mərkəzimizin hər bir əməkdaşına sözü-söhbəti, fikir və tövsiyələri ilə rahatlıq bəxş etməyi bacaran dəyərli mütəxəssislərimizdəndir.
Əziz Rübabə xanım, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizə həyatın bütün gözəllikləri ilə dolu günlər yaşamağı diləyirik. Arzumuz budur ki, istər şəxsi, istərsə də iş həyatınızda daim ən uca zirvədə xoşbəxtlik hislərinə qərq olaraq həyatınızı şən və gözəl yaşayasınız.