AKADEMİK GƏZİNTİLƏRƏ QATIL, HƏYATINA RƏNG QAT!

Aprel 09, 2024

Akademik gəzintilər bizlərə və övladlarımıza xoş təssürratlar bəxş edərək, həyatımızın daha rəngarəng olmasına şərait yaradır. Şagirdlərimiz bu gəzintilər zamanı gedəcəyimiz yerlər (muzeylər, tarixi abidələr və s.) haqqında məlumatlanırlar. Yol boyu maarifləndirici söhbətlərin aparılması övladlarımızın təxəyyülünün formalaşmasına və inkişafına mühüm təsir edərək, onların praktiki biliklərinin artmasına yardımçı olur. Bu gəzintilərin təşkilində məqsəd müəllim-şagird-valideyn üçbucağının möhkəmləndirilməsini təmin edərək, uşaqların dünyagörüşünün artırılmasına təkan verməkdir.
Çox gəzən çox bilər

Akademik gəzintilərimizin adi tur gəzintilərindən fərqi:

Akademik gəzinti zamanı şagirdlərimiz gedəcəyimiz bölgələrin tarixi, coğrafiyası, bu ərazilərdə yerləşən tarixi abidələri, muzeyləri haqqında məlumatlanırlar. Həmçinin onlar bir daha bu yerlərlə əyani surətdə tanış olaraq, öz dünyagörüşlərini vizual şəkildə artırmış olurlar. Bir sözlə, gəzintimizin hər anından akademik formada yararlanmış olurlar.

100 dəfə oxumaqdansa, 1 dəfə görmək kifayətdir.

Bu gəzintilər zamanı əyləncəli oyunlar və yarışmalar, maraqlı aktivitilər, məlumatlandırıcı seminarlar da təşkil olunur. Eləcə də, bölgələrimizin kəndlərindəki adət-ənənələrlə yaxından tanış oluruq, bölgələrimizin özəlliklərini daha ətraflı öyrənə bilirik.

7 APREL – RÜBABƏ MƏRDANOVANIN DOĞUM GÜNÜDÜR18 APREL – TARİXİ ABİDƏLƏRİN MÜHAFİZƏSİ GÜNÜ