APREL DÖYÜŞLƏRİ – ŞANLI ZƏFƏR QIĞILCIMLARININ ALOVLANMASIDIR

Aprel 03, 2024

Xalqımızın hər bir vətənpərvər övladının yaddaşında dərin iz qoyan aprel döyüşləri tarixə öz şanlı zəfəri ilə əbədi həkk olunub. Baş verən dörd günlük Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında yaranmış hərbi münaqişədir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları və Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları aprel döyüşlərinin başlanmasına səbəb olaraq göstərilirdi. Aprel döyüşləri 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprelin əvvəllərində baş vermiş bu döyüşlər zamanı Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı halda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Tərtər rayonunun Qazaxtar və Suqovuşan kəndləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Prezident İlham Əliyevin bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”.
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov olmaqla Aprel döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsini uca tutur, onlara Allahdan rəhmət diləyirik! Müzəffər ordumuzun igid oğulları Polad Həşimov kimi qəhrəmanların izi ilə gedərək 44 günlük Vətən müharibəsi zamanı düşmənə layiqli cavab vermiş, şəhidlərimizin intiqamını bir daha almışdır.

2 APERL – ÜMUMDÜNYA UŞAQ KİTABI GÜNÜ7 APREL – RÜBABƏ MƏRDANOVANIN DOĞUM GÜNÜDÜR