DƏYƏRLƏRLƏ YAŞAYAQ!

Mart 07, 2025

Həyatımızda baş verən dəyişikliklər, ətrafımızdakı insanların reaksiyaları, böyükdən kiçiyə bir-birimizə qarşı münasibətlərimiz daimi olaraq xüsusi önəm daşıyır. Bütün bunların fərqində olan insan qarşılıqlı dəyərin nə olduğunu anlamağa qadirdir. Bəli, dəyərlərimizin itməməsi bizim həyatımızın müsbət şəkildə, öz axarıyla davam etməsinə bir təkandır. Ümumiyyətlə, hər kəs bu həyatda öz cızdığı, özünəməxsus cığırda addımlayır. Həyatın enişli-yoxuşlu yollarında bəzən o, bizi surprizləri ilə qarşılayır, imtahan edir. Özünü dərk edən insan ilk öncə, onun həyatına təsir edəcək məqamları daim diqqət mərkəzində saxlamağı bacarmalıdır. Bəs həmin məqamlar hansılardır?
• Ağzımızdan çıxan hər kəlməyə diqqət edəcəyik. Çünki nə danışırıqsa, ağzımızdan çıxan hər söz 12 il ərzində bizə dönməyə məcburdur və 7 illik zaman içində həyatımıza təsir edir, ümumiyyətlə, bu təbiətin qanunudur. (Yogi Bhajan)
• Şüuraltı insanı ayırd etmir, başqasına söylədiyimiz hər sözü özümüzə söyləyirmiş kimi qəbul edir və o söz son olaraq bizim özümüzə çatır.
• Dediyimiz hər söz önəmlidir, çünki biz sözlərimizin enerjisini daşıyırıq. Hər şey enerjidən ibarətdir.
• Duyğularımız, düşüncələrimiz, xəyallarımız, ağzımızdan çıxan hər kəlmə enerji olaraq həyata mesaj verir. Pozitiv kəlmələr pozitiv enerji olaraq bizə döndüyündə, neqativ kəlmələr də neqativ enerji olaraq əks təsirə malik olur.
Albert Enşteyn deyir: “İnsanlar ağızdan çıxan sözlərin və beyindən keçən düşüncələrin, bütün kainatı dolaşıb təkrar onlara geri gəldiyini bilsə, əminəm ki, daha diqqətli olarlar”.

İçimizdə nəyi sulamağı seçsək, o böyüyər:
 Şübhə
 Qorxu
 Təşviş
 Sevgi

“DƏYƏR” kəlməsi elə bir məhfumdur ki, onu ilkin olaraq insan özünə verməlidir. Belə olacağı təqdirdə ətrafındakılara verməyi mütləq bacaracaqdır.
HƏR GÜN ÖZÜNƏ SÖYLƏ!
Mən yaxşıyam, bacararam! “Qeyri-mümkün” deyə heç nə yoxdur! Bu gün mənim günümdür! Uğursuzluq məni məğlub edə bilməz! Mən qalibəm!
Həyatın çətinlikləri bəzən ruhumuzu incidir, amma mütləq bir çıxış yolu vardır. Önəmli olan əlimizdə olanlara şükür etmək və minnətdar olmaqdır.
ŞİKAYƏT ETMƏYƏK! MİNNƏTDAR OLAQ!
 Ailəm üçün minnətdaram!
 Sağlamlığım üçün minnətdaram!
 Həyatımdakı sevinc üçün minnətdaram!
 Ətrafımdakı dəstək üçün minnətdaram!
 Bu günü yaşadığım üçün minnətdaram!
 Sahib olduğum rahatlıq üçün minnətdaram!
 Yenidən başlaya bildiyim üçün minnətdaram!
 Xətalarımın mənə dərs olması üçün minnətdaram!
 Sevilən bir insan olduğum üçün minnətdaram!
“DƏYƏR” məhfumunu həyatımızın hər anında unutmamalı, nəinki şəxsi həyatımızda ,eləcə də iş həyatımızda buna diqqət etməliyik. Uğurlu bir əməkdaş, gözəl iş yoldaşı, mötəbər kariyera sahibi, yaxşı mənada tanınmış bir iş adamı olmaq üçün ən vacib diqqət etdiyimiz önəmli xüsus – “DƏYƏR” olmalıdır. Bizlər tərəfindən bunun qorunmayacağı təqdirdə iş həyatında heç bir uğurdan bəhs edilə bilməz.
Bildiyimiz kimi, insanlar müxtəlif psixologiyaya sahibdirlər. Sizə hər zaman dəyərlərinə sahib çıxan, bu məqamla bağlı bütün subordinasiya qaydalarını qoruyub saxlamağı bacaran, bir mərkəz haqqında qısaca olaraq fikirlərimi bölüşməyi düşünürəm… Green Start Psixologiya, İnkişaf və Təlim mərkəzi iş həyatında özünü görməyi arzuladığı hər bir əməkdaşın mükəmməl seçimi ola bilər. Çünki burada nəinki Mərkəzin əməkdaşlarına, xidmətlərdən yararlanmağa müraciət edən insanlara, hətta qapıdan içəri daxil olan kənar şəxslərə, həmçinin tədbirlərə ilk qatılan tanımadıqları insanlara qarşı da xüsusi dəyər və diqqət göstərilməkdədir. Bu Mərkəz sözün əsl mənasında bir ailədir və bir elm, təlim-tərbiyə ocağıdır. Mütəmadi olaraq əməkdaşların, eləcə də bütün insanların şəxsi inkişafını düşünülərək yüksək səviyyədə təlimlər və konfranslar təşkil edilir. Rəhbərlik tərəfindən hər ay bir mövzu təşkil edilərək, ayın sonunda həmin maraqlı mövzu ətrafında öz əməkdaşlarını bir araya toplayır. Həm onların düşüncələrinin, həm də vəzifə öhdəliklərinin məsuliyyətinin dəyərləndirilməsi aparılır.
Bəli, GSA əməkdaşları səhər Mərkəzə gəldiyi zaman kiçikdən-böyüyə hər kəsin üzünə gülümsəmək, xidmətlərdən yararlanan insanları öz isti təbəssümləri ilə qarşılamağı bacarmaq, işlərində məsuliyyətli olmaq və öhdəliklərini bir an belə olsun unutmamaq kimi dəyərlərə sahibdirlər. Çünki bu Mərkəzin idarəçiləri, iki gözəl xanım rəhbəri – Günel İsmayılova və Aysel Rəsulzadə yolun ən başından bu dəyərləri qoruyub saxlamış və əməkdaşlarına ötürməyi bacarmışlar. Məhz bu səbəbdən də rəhbərlərimiz ilin 12 ayını dəyərləndirərək, dəyərlərimizin itiməməsi, onların qorunması naminə şəxsi inkişaf və iş həyatında uğurlu olmaq üçün hər ayı bir önəmli mövzu kimi qiymətləndirmişlər. Bu gözəl təşəbbüsün irəli sürülməsilə dəyərlərimizi nəinki iş fəaliyyətimizdə qoruyur, eyni zamanda da cəmiyyətimizdə ətrafımızdakı insanlara ötürməyi təmin etmiş oluruq.

Nuranə Balaoğlanova,
Green Start Academy Psixologiya, Təlim və İnkişaf
Mərkəzinin kontent-meneceri

6 MART – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ANIM GÜNÜ12 MART – SÜLEYMAN RÜSTƏMİN DOĞUM GÜNÜDÜR