-
Green Start Academy-nin Beynəlxalq tədbirlər bölməsinə 2020-ci ilin fevral ayından etibarən start verilir. Bu bölmənin əsas strategiyası 2020/2021-ci illər ərzində dünya ölkələrində keçiriləcək ən mühüm beynəlxalq statuslu tədbirlərdə – konfrans, forum, seminar, sərgi, festival və olimpiadalarda iştirak etmək istəyənlərin istəklərini ən yüksək səviyyədə təşkil və təmin etməkdir.
Əsas prioritetimiz elm və təhsil istiqamətində olsa da, digər peşə və ixtisas sahələrinə dair konfrans və tədbirlərin təşkil edilməsi də istisna deyildir:
- Təhsil və karyera
- Tibb
- İT, rəqəmsal, elektron ticarət
- Biznes, françayzing
- Elm, elmi yenilik, hi-tech
- Qida və içki
- Enerji və enerjiyə qənaət
- Kosmetika və kosmetologiya
- Sənaye mühəndisliyi
- Banklar və maliyyə
- Reklam və marketinq
- Nəqliyyat, logistika və şəhər
- Təhlükəsizlik və təhükəsizliyin qorunması
- Tikinti
- Kənd təsərrüfatı və aqro sənaye
- Heyvandarlıq və baytarlıq
- Telekommunikasiya və Media
- Mədəniyyət, incəsənət və sənətkarlıq
- Ekologiya və tullantıların idarə olunması
- Metallurgiya və metal emalı
- Daşınmaz əmlak və memarlıq
- Əyləncə sənayesi
- Meşə, ağac emalı və kağız
- Elektronika və elektrik mühəndisliyi
- Aviasiya
- Turizm
- Avtomobil və motosikllər
- Otel və restoranlar
- Qablaşdırma və qablar (tava)
- Ev və ofis
- İstehlak malları
- İdman və aktiv istirahət
Beynəlxalq statuslu tədbirlərin əsas üstünlüyü dünya təcrübəsinə yiyələnməklə bərabər, həm də beynəlxalq statuslu sertifikatlara sahib olmaq imkanının olmasıdır.
Green Start Academy vasitəsilə beynəlxalq tədbirlərə qatılmaq əlçatan və münasib olmaqla yanaşı, eyni zamanda bu cür mühüm iş prosesinin başdan-sona bütün gedişatını garant altına almaq deməkdir.
GSA olaraq dünya ölkələrinin yüksək statuslu tədbir təşkilatçıları ilə əməkdaşlıqlar qurmaqla işimizin təşkilini ən yaxşı səviyyədə sığortalamışıq.