“GÜNƏŞLİ” FACİƏSİNİN NÖVBƏTİ İLDÖNÜMÜ

Dekabr 04, 2023

04.12.2015… o dəhşətli faciədən 8 il ötür.

“Günəşli” neft yatağında baş verən yanğın xalqımızı sarsıdan bir faciə olmuşdur. Bu dəhşətli yanğın 2015-ci ilin 4 dekabr tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfəri dünyasını dəyişmiş, 17 nəfəri isə itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezideni İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr həlak olan neftçilərimizin xatirəsini əbədiləşdirmək və əziz tutmaq məqsədilə “Matəm günü” elan olunmuşdur.

Faciə qurbanlarını ehtiramla anır və Allahdan rəhmət diləyirik!

 

SEYMUR BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!5 DEKABR – BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜ