Həyat kitabının 58-ci səhifəsi

Avqust 29, 2020

Həyatının gələcək pillələrində təhsil zirvəsinə doğru addımlayan Naridə Zülfüqarova! Bu gözəl xanım ömrünün çox hissəsini həm öyrənməyə, həm də öyrətməyə həsr etmişdir. Necə deyərlər, elm öyrənənin də, öyrədənin də məqamı hər zaman uca olmuşdur.

Kim düşünə bilərdi ki, 29 avqust tarixində həyata gözünü açıb, ilk hıçqırığı ilə valideynlərinə sevinc, sevgi bəxş edən bu balaca qızçığaz gələcəkdə böyük uğurlara imza atacaq?! Bəli, dəyərli yazıları ilə “Sənətkar” jurnalı və “Təhsil problemləri” qəzetini bəzəyən, səkkiz dərslik müəllifi Naridə Zülfüqarova ömrünün bir hissəsini auditoriyalarda indiki nəsli yetişdirməyə, öyrətməyə və öyrənməyə həsr etmişdir.

Səsiniz auditoriya zirvələrindən əskik olmasın, mətin və mərd qadın! Bəxş etdiyiniz elm tələbələrinizin, ətrafınızda olan insanların yolunda “mayak” olsun!

Əziz Naridə müəllim! Green Start Academy ailəsi adından sizi təbrik edir və yeni yaşınızda yeni uğurlara imza atacağınızı bütün qəlbimizlə diləyirik. Doğum gününüz mübarək!

UĞUR SEVGİNİN, ZƏHMƏTİN VƏ MƏSULİYYƏTİN NƏTİCƏSİDİR2020-ci il 15 Sentyabr – Bilik Gününü Green Start Academy fərqi ilə qarşılayın