Bu gün xüsusi bir gündür. Çünki Azərbaycanımızı qurub-yaradan İnsanın dünyaya göz açdığı gündür.
Bu gün bütün Azərbaycansevərlər Sənə doğru boylanmalı, dövlətimizə əbədi ucalıq bəxş etdiyin üçün Sənə minnətdar olmalıdır.
Günün, əbədi ucalığın mübarək, məzarı qürbətdə, sevgisi könlümüzdə olan Öndərimiz!
“Bir kərə yüksələn bayraq bir daha enməz!” Vətənlə, Azərbaycanın istiqlalı ilə bağlı ən gözəl sözlər ən böyük əməllər kimi sənin adınla bağlıdır. Ruhun şad olsun, Azərbaycan sevdası ilə tarix yazan, bayraq kimi uca Adam!