Green Start Acadeny Suraxanı rayon 101 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın tədbirində iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunun nümayəndələri və məktəb direktorlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər elmi rəhbərləri ilə birlikdə hazırladıqları elmi işlərini nəzəri və praktiki formada təqdim ediblər. Uşaqların maraq dairəsinin geniş olması qonaqları çox sevindirib və gələcəyimizlə bağlı ümidləri daha da artırıb. Qonaqların çıxışından sonra söz alan məktəbin direktoru Səkinə Hüseynova bu işləri 2 ay ərzində hazırladıqlarını, Kiçik akademiyanın gələcək fəaliyyətində daha böyük işlərə imza atacaqlarını vurğulayıb.